Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə - Bakı şəhəri, 17 may 2001-ci il


Hörmətli cənab prezident!

Əziz dostum və qardaşım!

Malatya üzərində təyyarə qəzası xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu faciəli hadisə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 18 may 2002-ci il.