Sloveniya Respublikasının Prezidenti Zati-Aliləri cənab Milan Kuçana – Bakı şəhəri, 20 iyun 2000-сi il


Hörmətli cənab prezident!

Sloveniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Sloveniya xalqını salamlayır və səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, səadət və uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapan dostluq və əməkdaşlıq əlaqələri hərtərəfli inkişaf edib genişlənərək xalqlarımızın rifahının yaxşılaşmasına, sülhə və tərəqqiyə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

"Azərbaycan"qəzeti, 25 iyun 2000-ci il

Tarixi arayış

Azərbaycan - Avropa