Belçika Krallığının baş naziri zati-aliləri Gi Verhofstadta - Bakı şəhəri, 19 iyul 2002-ci il


Hörmətli cənab baş nazir!

Belçika Krallığının milli bayramı - Kralın Andiçmə günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün göstərdiyimiz birgə səylər xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 21 iyul 2002-ci il.