Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə məktubu - Bakı şəhəri, 7 iyun 2003-cü il


Hörmətli cənab prezident!

Ərzincan şəhəri yaxınlığında avtomobil qəzası nəticəsində insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 8 iyun 2003-cü il.