Vəzirov Həbib Cəlil oğlu. “HEYDƏR ƏLİYEV VƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİ İNKİŞAFI” (2015)


 İxtisas: 5311.01- Müəssisələrin təşkili və idarə olunması

İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Mövzunun aktuallığı. Tarixdə elə şəxsiyyətlər olub ki, onlar xalqın taleyində əvəzolunmaz rola malik olublar. Belə şəxsiyyətlər dövlət hakimiyyətini ölkənin təkcə bugünkü mənafeyi baxımından deyil, həm də gələcək maraqları baxımından təmin etməyə, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modelini yaratmağa nail olmuşlar. Müstəqillik yollarında inamla addımlayan, demokratik dövlət kimi dünya birliyində layiqli yer tutan, iqtisadi islahatları uğurla həyata keçirən Azərbaycan Respublikasının müasir iqtisadi tarixinin təqribən yarım əsrə bərabər bir dövrü dünya şöhrətli siyasətçi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Onun xalqına bağlılığı, ölkəsinə qazandırdığı uğurlar Heydər Əliyevi Ümummilli lider səviyyəsinə yüksəltmişdir. Heydər Əliyev həm Azərbaycana birinci və ikinci rəhbərliyində, həm Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən, həm də keçmiş SSRİ-də rəhbər vəzifədə çalışarkən uzaqgörən dövlət xadimi, güclü təşkilatçı, bacarıqlı, milli dəyərlərə yüksək önəm verən, torpağa bağlı rəhbər olduğunu sübut etdi.

Heydər Əliyevin Azərbaycana birinci hakimiyyəti dövründə ölkənin iqtisadi inkişaf strategiyası hazırlandı və onun həyata keçirilməsi nəticəsində böyük nəaliyyətlərə imza atıldı. Məhz bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı uğurların əsası 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ümummilli liderimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə regionların tarazlı inkişafına xüsusi diqqət yetirir və bütün bölgələrə eyni münasibət bəsləyirdi. Lakin etiraf etməliyik ki, Naxçıvan bölgəsinə münasibət digər bölgələrə nisbətən bir az fərqli idi. İqtisadiyyatın bütün sahələrinin inkişafı üçün 1970-1985-ci illərdə Naxçıvan MR-a 900 milyon manat sərmayə qoyuldu, 783 milyon manatlıq əsas fondlar istifadəyə verildi. Emal və hasilat sənayesinin şəbəkəsi genişləndi. Sənaye istehsalında konserv, üzüm emalı, tikinti materialları, elektrotexnika avadanlığı, meşə və ağac emalının xüsusi çəkisi xeyli artdı. Azərbaycan miqyasında iri alt trikotaj məmulatları fabriki, yeni mineral su doldurma zavodu, Naxçıvan şəhərində ildə 55 milyon butulka istehsal edən şüşə qablar zavodu, taxıl məhsulları kombinatı, Naxçıvan iri evtikmə kombinatı və dəmir-beton məmulatı zavodu, tütün-fermentasiya zavodu, alüminium qablar zavodu, Şahtaxtı daş karxanası, kərpic zavodu, Naxçıvan süd zavodu – bütünlükdə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan MR-ın sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə (Azərbaycan üzrə 2,9 dəfə) artdı.

Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyə qayıtması bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da yenidən sosial-iqtisadi inkişafın əsası qoyulmuşdur. Heydər Əliyev xüsusilə Naxçıvana rəhbərlik etdiyi illərdə (1990-1993-cü illər) blokada şəraitin yaşayan bu bölgənin böhrandan çıxarmaq və inkişaf yoluna salmaq üçün çox işlər görmüşdür. Məhz bu baxımdan Heydər Əliyevin istər birinci, istərsə də ikinci hakimiyyəti dövründə Naxçıvan MR-a göstərdiyi qayğı geniş şəkildə təhlil edilməli və öyrənilməlidir. Dissertasiya mövzusunun aktuallağı da məhz bununla bağlıdır.

Problemin öyrənilmə səviyyəsi. Azərbaycanın iqtisadi tarixinin ən aktual problemlərinin öyrənilməsi, XX-XXI əsrlərdə 30 ildən çox bir dövrdə Azərbaycana rəhbərlik etmiş Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dissertasiya işi bütövlükdə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafında Heydər Əliyevin rolunun öyrənilməsinə həsr edilmişdir. Heydər Əliyevin hakimiyyəti dövrünə dair tədqiq olunan mövzu ilə bağlı bir çox məqamlar iqtisadi ədəbiyyatlarda öz əksini tapmışdır. Bu baxımdan A.Nadirovun, Z.Səmədzadənin, A.Əliyevin, İ.Hacıyevin, Ə.Nuriyevin, N.Əhmədovun, Ə.Əlirzayevin, G.Gənciyevin, Ə.Nağıyevin, Ə.Qasımovun, Q.Mədətovun, İ.Zeynalovun, V.Novruzovun, H.Allahverdiyevin, C.Quliyevin və başqalarının əsərləri diqqəti cəlb edir.

Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqatın məqsədi – Ulu öndərin birinci və ikinci hakimiyyəti dövründə ölkənin başqa regionları kimi Naxçıvan MR iqtisadiyyatındakı rolunu müəyyən etmək, həmin dövrlərdə inkişafın dinamikasının əsas mərhələlərini, xüsusiyyətlərini və meyillərini geniş şəkildə araşdırmaqla ümumiləşdirmələr aparmaqdan ibarətdir. Tədqiqatın məqsədinə uyğun olaraq aşağıdakı vəzifələr qarşıya qoyulmuş və həll edilməsi nəzərdə tutulmuşdur.

- 1969-cu ildə Heydər Əliyev Azərbaycana hakimiyyətə gəldikdən sonra Naxçıvan MSSR-in sosial-iqtisadi inkişaf vəziyyətini və problemlərini araşdırmaq və geriləmələrin əsl səbəblərini müəyyən etmək;

- Hakimiyyətə gəldikdən sonra ölkənin və onun regionlarının ittifaq respublikaları içərisində sonuncu yerdən intensiv inkişaf edən respublikaya çevrilməsini təmin edən Heydər Əliyevin zəngin iş təcrübəsini təhlil etmək;

- Heydər Əliyevin Naxçıvan MSSR-nın iqtisadiyyatını böhrandan çıxarmaq, inkişaf etdirmək üçün mərkəzi büdcədən investisiya aparılmasına nail olmaq yollarını təhlil etmək;

- Naxçıvan MSSR iqtisadiyyatında ixtisaslaşmanın, təmərküzləşmənin həyata keçirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində maddi-texniki bazanın möhkəmləndirilməsi, istehsalın yeniləşdirilməsi və inkişaf etdirilməsində elmi nəaliyyətlərin, müasir texnologiyaların tətbiqi sahəsində Heydər Əliyevin fədakar əməyini və uzaqgörənliyini araşdırmaq;

- Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə iqtisadiyyatın real sektorunun daha da inkişaf etdirilməsində hazırladığı və həyata keçirdiyi çoxsaylı tədbirləri təhlil edib, zənkin faktiki və statistik materiallar əsasında ümumiləşdirmək;

- Naxçıvan MSSR iqtisadiyyatını inkişaf etdirmək və ölkənin iqtisadi potensialında Naxçıvanın xüsusi çəkisini artırmaq məqsədilə ittifaq əhəmiyyətli müəssisələrin bir neçəsinin buraya salınmasını təmin etməkdə Heydər Əliyevin uzaqgörənliyini müəyyənləşdirmək;

- İkinci hakimiyyəti dövründə də Heydər Əliyevin ölkənin strateji xəttinin hazırlanması, 1996-cı ildə makroiqtisadi sabitlik əldə olunması və inkişafa başlaması regional inkişafı təmin etmişdir ki, bu da ölkədə regional Dövlət Proqramlarının hazırlanmasında və iqtisadiyyatın dinamik inkişafında mühüm rol oynamışdır.

Tədqiqatın obyekti və predmetini Azərbaycan Respublikasının iqtisadi sistemini özündə əks etdirən Naxçıvan MR-nın iqtisadiyyatı təşkil edir.

Tədqiqatın predmetini ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan MR iqtisadiyyatında gedən proseslər, iqtisadi strukturun inkişafının xüsusiyyətləri, əlamətləri, formaları və nəticələri təşkil edir.

Tədqiqatın nəzəri-metodoloji əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Dövlət Proqramları, imzaladığı fərmanlar, Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iqtisadi inkişafa dair qəbul etdiyi qanunlar, normativ-hüquqi sənədlər, habelə mövzu ilə bağlı ölkə və xarici ölkələrin iqtisadçı alimlərinin elmi-tədqiqat işlərinin nəticələri təşkil edir.

Dissertasiya işində iqtisadi təhlil, müqayisə, müşahidə və s. tədqiqat üsullarından istifadə edilmişdir.

Tədqiqat işinin informasiya bazasını Dövlət Statistika Komitəsinin, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də internet məlumatları və digər materiallar təşkil edir.

Dissertasiya işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:

- Azərbaycan dövlətinin ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyası ilk dəfə olaraq Naxçıvan MR-ın materialları əsasında tədqiq olunmuşdur;

- Məlumdur ki, 1970-ci ilə qədər Azərbaycan ittifaq respublikaları içərisində özünün inkişaf səviyyəsinə görə son yerdə qərarlaşmışdır. Lakin 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi, gördüyü tədbirlər iqtisadi inkişafı təmin etməklə ölkəni birinci yerə çıxarmış və 13 il bu birinciliyin qorunub saxlanmasına nail olmuşdur. Məhz bu dövrdə Heydər Əliyevin ölkə regionlarına, o cümlədən Naxçıvan MR-a göstərdiyi diqqət bu regionun sürətli inkişafını təmin etmişdir;

- Tədqiqatın elmi yeniliklərindən biri Azərbaycan və Naxçıvan MR iqtisadiyyatının inkişaf etdirilməsində Heydər Əliyevin iş təcrübəsinin, bacarığının, qeyri-adi təşkilatçılığının, idarəetmə keyfiyyətlərinin öyrənilməsindən ibarətdir;

- Dissertasiya işində ilk dəfə olaraq müəllif tərəfindən Azərbaycan və Naxçıvan MR iqtisadiyyatının yenidən qurulmasında Heydər Əliyevin fəaliyyətinin ümumiləşdirilməsi, Heydər Əliyev tərəfindən irəli sürünən təşəbbüslər, təkliflər, tövsiyələr, onun birinci hakimiyyəti illərində iqtisadiyyatın inkişafını əks etdirən cədvəllər hazırlanmış, elmi cəhətdən təhlil edilmiş və təkliflər verilmişdir;

- Blokada şəraitində yaşayan Naxçıvan MR-da 1990-1993-cü illərdə baş vermiş ictimai-siyasi vəziyyət Heydər Əliyevin rəhbərliyi altında burada həyata keçirilən sosial-iqtisadi tədbirlər, iqtisadi böhrandan çıxış yollarının geniş təhlili verilmişdir;

- Tədqiqat işində 1990-1993-cü illərdə Heydər Əliyev tərəfindən qəbul edilmiş qərarlar kompleks təhlil olunmuş və müstəqil Azərbaycan dövlətinin sonrakı inkişafının bir sıra konseptual məsələlərinin məhz o dövrdə Heydər Əliyev tərəfindən atıldığı qeyd edilmişdir;

- 1993-cü ildə Naxçıvandan Bakıya ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə həyata keçirilən iqtisadi islahatlar Naxçıvan Muxtar Respublikasının timsalında təhlil edilmiş, muxtar respublikanın iqtisadi inkişaf meylləri statistik materiallar əsasında ümumiləşdirilmişdir;

- Heydər Əliyevin siyasi kursunu davam etdirən ölkə prezidenti İlham Əliyevin qəbul etdiyi regional inkişaf üzrə Dövlət Proqramları Ulu öndərin inkişaf strategiyasının davamıdır və bu dövlət proqramları bu gün muxtar respublikanın iqtisadi inkişafını təmin edir və gələcəkdə də təmin edəcəkdir.

Tədqiqat işinin praktiki əhəmiyyəti ondan ibarətdir ki, bu materiallardan, irəli sürülən tövsiyyələrdən, işdə çıxarılmış elmi nəticələrdən Naxçıvanın iqtisadi tarixinin yazılmasında istifadə oluna bilər. Əldə olunmuş materiallardan respublika iqtisadiyyatının müasir iqtisadi strukturunun müəyyənləşdirilməsində, iqtisadiyyata rəhbərlik prinsiplərində, habelə ixtisaslaşmanın həyata keçirilməsində aidiyyəti mütəxəssislər tərəfindən istifadə oluna bilər.

İşin aprobasiyası və nəticələrinin tətbiqi. Dissertasiya işi AMEA Naxçıvan bölməsində yerinə yetirilmişdir. Tədqiqatçı mövzu ilə bağlı respublika əhəmiyyətli bir sıra elmi jurnallarda və məqalələrdə, Naxçıvan Dövlət Universitetinin fakultə və kafedralarında təşkil olunmuş seminarlarda, o cümlədən respublika və beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Dissertasiya işi ilə bağlı 54 səhifə həcmində 8 elmi əsər (o cümlədən, biri xaricdə olmaqla) dərc edilmişdir.

İşin quruluşu və həcmi. Dissertasiya giriş, üç fəsil, nəticə bölməsi və istifadə edilmiş ədəbiyyat siyahısından ibarət olmaqla, kompüter yazısı ilə 152 səhifə həcmindədir. İşdə 19 cədvəl, 9 şəkil verilmişdir. İstifadə edilmiş ədəbiyyat siyahısında 185 ədəbiyyat adı göstərilmişdir.

TƏDQİQATIN ƏSAS MƏZMUNU

Dissertasiya işinin girişində mövzunun aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsədi və vəzifələri, obyekti, predmeti, nəzəri-metodoloji əsasları, üsulları, informasiya bazası, nəzəri və təcrübəvi əhəmiyyəti, işin elmi yeniliyi, aprobasiyası və nəticələrinin tətbiqi göstərilir.

İşin “Sənaye Muxtar Respublika iqtisadiyyatının aparıcı sahəsidir” adlı birinci fəslində Ulu Öndər Heydər Əliyevin birinci və ikinci hakimiyyəti dövrü Naxçıvan MR sənayesinin inkişaf yolları təhlil olunmuşdur.

Bu bir tarixi həqiqətdir ki, Azərbaycan minilliklər ərzində sürətli və böyük inkişaf yolunu məhz Heydər Əliyev epoxasında keçmiş, dünyanın siyasi sistemində özünəməxsus yerini müəyyənləşdirmiş, yeni dövrün tələblərinə uyğun olaraq dövlətçiliyin əsaslarını, onun fəlsəfəsini yaratmışdır. Hələ ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyət Heydər Əliyevin göstərdiyi səylər nəticəsində yeni impuls və inkişaf parametrləri qazanaraq, əslində özünün mükəmməl və müstəqilliyə hesablanan inkişaf mərhələsinə daxil olmuşdur.

Aparılan təhlillər göstərir ki, 70-ci illərə kimi Azərbaycanın mövcud iqtisadi potensialından heç də tam və səmərəli istifadə edilməmişdir. Odur ki, bütövlükdə xalq təsərrüfatının inkişafında mühüm irəliləyiş olmamış, sənayedə əsaslı struktur dəyişiklikləri demək olar ki, həyata keçirilməmişdir. Bu da istər-istəməz respublika iqtisadiyyatının ümumi inkişaf səviyyəsinə mənfi təsir göstərmişdir.

1969-cu ilin iyulun 14-də keçirilmiş Azərbaycan KP MK-nın pleniumunda Heydər Əliyevin Azərbaycan rəhbərliyinə irəli çəkilməsi ilə respublikanın iqtisadi və ictimai həyatının bütün sahələrində əsl tərəqqi və çiçəklənmə dövrü başlandı.(Azərbaycan Respublikasının Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi ( ARPİİSSA): f. 1, siyahı 56, iş 9, s. 3. )

Naxçıvan Muxtar Respubulikasının imkanları nəzərə alınaraq, burada nəinki respublika, eləcə də ittifaq əhəmiyyətli iri, müasir istehsal müəssisələrinin tikilməsinə ehtiyac duyulurdu. Müasir elmin, texnikanın, mütərəqqi texnologiyanın nəaliyyətlərinə əsaslanan belə istehsal gələcəkdə böyük siyasi-iqtisadi nəticələr verməklə bərabər Muxtar Respublikanın mədəni simasının kökündən dəyişilməsinə, sosial strukturunda ciddi dəyişikliklərə gətirib çıxara bilərdi.

Naxçıvan Muxtar Respublikasının iqtisadi göstəriciləri 1970-1985- ci illərdə Azərbaycan iqtisadiyyatı üçün səciyyəvi olan yüksək artım sürətinə və dinamik inkişaf meyllərinə malik olmuşdur. 1970-1985-ci illərdə sənayenin müxtəlif sahələrinə aid yeni-yeni müəssisələrin tikilib işə salınması nisbətən inkişaf etmiş çoxsahəli sənaye-istehsal kompleksinin formalaşmasına səbəb oldu. Apardığımız təhlil göstərir ki, Ulu Öndər Heydər Əliyevin qayğısı nəticəsində Azərbaycanda olan 16 iri sahəvi istehsal komlpeksindən 11-i Naxçıvan ərazisində formalaşmışdır. Hər bir sahəvi kompleks özündə bir neçə sənaye məhsulu istehsalını birləşdirir. Sənaye sahələri arasında və sahələr daxilində istehsal əlaqələri yaranır və getdikcə genişlənir ki, bu da sənayenin tədricən kompleks inkişafının və səmərəliliyinin artmasını təmin edən amilə çevrilir. Lakin 80-ci illərin ortalarında Naxçıvan MRnın iqtisadi inkişaf göstəricilərinin artım sürəti azalmağa başlamışdır. Həmin dövrdən Naxçıvanın iqtisadi həyatı böhran mərhələsinə qədəm qoymuşdur. Muxtar Respublikanın iqtisadiyyatının mühüm cəhətləri olan əlvan metallurgiyada, tikinti materialları sənayesində, yüngül sənayedə, yeyinti sənayesində və digər sahələrdə inkişaf sürəti aşağı düşmüş, istehsal həcmi azalmağa başlamışdır.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar və sonradan respublikamızın cəlb olunduğu müharibə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına xüsusilə ağır zərbə vurmuşdur. 1990-cı ilin iyul ayında Heydər Əliyev Naxçıvan torpağına ayaq basan gündən öz xilaskarını tapdığı üçün daha da mətinləşir. Bu qayıdış Azərbaycanı xilas etmək, onu parçalamadan qurtarmaq üçün görüləcək tarixi işlərin başlanğıcı idi. Muxtar Respublikanın böhrandan çıxması üçün elmi baxımdan prinsipal hesab edilən əsas məsələ düşdüyümüz vəziyyətin düzgün dərk edilməsi, onun səbəblərinin obyektiv izah edilməsi, qiymətləndirilməsi və düzgün inkişaf yolunun müəyyənləşdirilməsi olmuşdur. Hesab edirik ki, sosializm sistemindən digər bir iqtisadi sistemə, o cümlədən bazar iqtisadi sisteminə keçilməsi mülkiyyət münasibətlərinin dəyişməsi, idarəetmə sistemində olan dəyişkənliklər və s. böhranın daha da dərinləşməsinə səbəb olmuşdur. Bütün bu çətinliklər və ziddiyyətlər respublikamızda xüsusilə kəskin formada özünü göstərmişdir. Bu çətinlikləri aradan qaldırmaq və düzgün inkişaf yolu seçmək üçün əvvəlcə çətinliklərimizin xarakterini, düşdüyümüz vəziyyəti, onu doğuran səbəbləri düzgün qiymətləndirmək lazım olmuşdur.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, 1992-1993-cü illərdə Naxçıvanın düşdüyü ağır vəziyyətdən çıxış yollarını Heydər Əliyev müəyyən etmişdir. Əslində isə demək olar ki, o, Naxçıvan Muxtar Respublikasının 30 illik iqtisadi inkişaf proqramını işləyib hazırlamışdır. Siyasi sabitlik, müstəqillik və iqtisadi təhlükəsizlik konsepsiyasının hazırlanması onun mərhələ-mərhələ həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin iqtisadi-inkişafının modelinin tarixi də məhz Naxçıvandan başlandı.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının sənayesinin inkişaf strategiyasının əsas məqsəd və reallaşma mexanizmi minimum və maksimum kimi iki əsas hissədən ibarətdir. Minimum proqramın yerinə yetirilməsində nəzarət və dövlətin tənzimləyici rolunun gücləndirilməsi, sənayedə iqtisadi tənzimləmə mexanizmlərindən istifadə olunması əsas götürülmüşdür. Yeri gəldikdə inzibati idarəetmənin iqtisadi yollarından daha geniş istifadə olunmalıdır. İkinci maksimum mərhələ isə sənayedə iqtisadi islahatların aparılması və bazar iqtisadiyatının fəaliyyətinin əsas prinsiplərinin reallaşdırılmasıdır.

Əhalinin həyat səviyyəsini yüksəltmək, ölkənin və Naxçıvanın iqtisadi təhlükəsizliyini təmin etmək və dünya iqtisadi sistemində inteqrasiyaya daxil olmaq Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının əsas meyarlarıdır. Bu meyarların reallaşması yolları, resurs təminatı və onlardan istifadə mexanizmləri onun iqtisadi baxışlarında öz real həllini tapmışdır. Onun regional iqtisadi inkişaf konsepsiyasının əsasını tənzimlənən bazar iqtisadiyyatı təşkil edir.

Naxçıvanın təbii resurslarından mineral sular, duz istehsalı, kənd təsərrüfatı məhsullarının emalı sahəsinə xarici kapitalın cəlb edilməsi istiqamətində sözdən əməli işə keçilməsinə məhz Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi illərdə başlandı.

Hazırda sənayenin yüksək templi inkişafının təmin edilməsində əsas diqqət sənaye istehsalının texnoloji cəhətdən yenidən qurulmasına yönəldilir. Gündəlik istehsalın texnoloji baxımdan yeniləşdirilməsi əmək məhsuldarlığının əhəmiyyətli artımını və yerli resusların daha səmərəli istifadəsini təmin etməyə imkan verir.

İndiki şəraitdə Naxçıvan MR-da aşağıdakı sahələri sənayenin inkişaf priotellərinə aid etmək olar:

1) Yerli kənd təsərrüfatı xammalının emalını və son məhsullar istehsalını təmin edən emal, yüngül və yeyinti sənaye sahələrinin öncül və sürətli inkişafı;

2) İstehsal infrastrukturunun modernləşdirilməsi və inkişafı;

3) Sahibkarların və müəssisələrin innovasiya fəaliyyətinin inkişafı və s.

Muxtar Respublikamızda müstəqillik dövründə yeni iqtisadi sistem – bazar iqtisadiyyatı təşəkkül tapdıqdan sonra iqtisadiyyatın strukturunda mühüm dəyişiliklər baş vermişdir.

Muxtar respublikada yeni texnologiyanın əsasında sənaye sahələrinin yaradılması istehsal olunan məhsulların həm çeşidinin artmasına, həm də keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarmışdır ki, bu da əhalinin bəzi ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi mümkün olmuşdur. İqtisadiyyatın və sosial sahələrin kompleks şəkildə inkişafını, o cümlədən yeni iş yerlərinin və müəssisələrin yaradılmasını, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, iqtisadiyyata investisiya qoyuluşlarının artmasını, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılmasını təmin etmək üçün dövlət proqramları qəbul edilmişdir. Ümummulli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi müstəqillik strategiyasına uyğun olaraq aparılan struktur istehsalları iqtisadiyyatın beynəlxalq iqtisadi münasibətlərə və təsərrüfat əlaqələrinə uğurlu inteqrasiyası Naxçıvan Muxtar Respublikasında iqisadi inkişafın dinamik artımına səbəb olmuş, bütün iqtisadi fəaliyyət sahələrinin inkişafına etibarlı zəmin yaratmışdır.

Tədqiqatın “Ümummilli lider Heydər Əliyevin Naxçıvan MR kənd təsərrüfatının inkişafında fəaliyyəti” adlı ikinci fəslində çoxillik statistik məlumatlarının toplanması, işlənilməsi, sistemləşdirilməsi və qruplaşdırılması əsasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan MR kənd təsərrüfatının inkişaf xüsusiyyətləri tədqiq edilmiş, muxtar respublikada aqrar sahənin ümumi xarakteristikası və inkişafının mövcud vəziyyəti təhlil olunmuşdur.Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə kənd təsərrüfatı da böyük inkişaf yolu keçmişdir.

Araşdırmalar sübut edir ki, 1970-ci ilədək Azərbaycan iqtisadiyyatının digər mühüm sahələri kimi kənd təsərrüfatı da zəif inkişaf etmiş, onun artım sürəti nəzərəçarpacaq dərəcədə azalmışdı. 1969-cu ildə Heydər Əliyev cənablarının hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da bir canlanma, dirçəliş yaratdı. 1970-1980-ci illərin əvvəllərində respublikada kənd təsərrüfatının maddi-texniki bazasının genişləndirilməsinə əsaslanan təsərrüfatçılıq üsullarından daha səmərəli istifadə edilməsi ilə yanaşı torpaq fondunun intensiv yollarda mənimsənilməsi sistemi gücləndirildi. Yeni texnika və texnologiyaların, səmərəli əkinçilik sistemlərinin tətbiqi, növbəli əkinçilik sisteminin genişləndirilməsi, kənd təsərrüfatına yararlı torpaqların, xüsusilə də yeni əkin yerlərinin istifadəyə verilməsi vəziyyəti yaxşılaşdırdı.

Heydər Əiyevin respublika rəhbərliyinə gəlişi ilə 1969-1982-ci illərdə kənd təsərrüfatının respublika iqtisadiyyatında rolu daha da artmağa başladı. Ümumi kənd təsərrüfatı məhsulu istehsalı səkizinci beşilliyə (1966-1970) nisbətən, 1971-1975-ci illərdə 134%, 1976- 1980-ci illərdə 196%, 1981-1982-ci illərdə 251% artmışdı. Həmin dövrdə bitkiçilik məhsulları müvafiq olaraq 145,332 və 310%, heyvandarlıq məhsulları isə 119, 146, və 169% artmışdı. Doqquzuncu beşilliyə nisbətən, onuncu beşillikdə dənli bitkilər istehsalı 38,6%, pambıq istehsalı 48,3%, tərəvəz istehsalı 57,5%, üzüm istehsalı 2,2 dəfə, çay istehsalı 54% artmışdır. Heyvandarlıq sahəsində ənənəvi geriliyə son qoyulmuş, ət tədarükü 21 %,süd istehsalı 21%, yumurta istehsalı 25% çoxalmışdı.(Народное хозяйство Азербайджанской ССР в 1985 году. стат. ежегодник Баку: Азернешр, 1986, с. 221)Heydər Əliyevin təşəbbüsü ilə mərkəz Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı üç mühüm tarixi qərar qəbul etdi. Bu sənədlərdə həm Azərbaycanda, həm də onun tərkib hissəsi olan Naxçıvan MSSR-də kənd təsərrüfatının geniş inkişaf proqramı əks olunmuşdur.

Bütövlükdə 1970-ci ildən 1980-ci ilə qədərki dövrdə Naxçıvan MR-də ümumi kənd təsərrüfatı məhsulları istehsalı hər il ardıcıl olaraq dinamik sürətlə artırdı. Bunu aşağıdaki cədvəldə görmək olar: (Naxçıvan statistika güzgüsündə. Tarixi-statistik məcmuə. Bakı, 1999, s. 87)

Cədvəl 1. Naxçıvan MR-də bitkiçilik məhsulları istehsalı (min ton)

 

Bitkilərin adı

1970

1980

1985

Taxıl

20,5

27

36,8

Tütün

3,1

6,4

2,1

Tərəvəz

8,4

16,3

14,2

Üzüm

23,3

62,1

146,3

Cədvəl məlumatlarından aydın olur ki, tütün və tərəvəzdən başqa digər bütün məhsullar üzrə 2-6 dəfə arasında artım müşahidə olunmuşdur. Çox təəssüf ki, 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda əldə edilmiş yüksək iqtisadi inkişaf səviyyəsi 1980-ci illərin ortalarından başlayaraq getdikcə aşağı düşməyə başladı.

1991-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. O, həmin vəzifəyə seçildikdən sonra Muxtar Respublikanın iqtisadiyyatında yaranmış gərgin vəziyyətin, onu normallaşdırmaq və böhran vəziyyətindən çıxarmaq yollarını axtarmağa başladı. Əsas məqsəd iqtisadiyyatı yeni şəraitə uyğunlaşdırmaq üçün qlobal və radikal islahatlar həyata keçirilməyə başlandı. Aqrar islahatlar bu islahatlar arasında öz xüsusi və müstəsna əhəmiyyəti ilə seçilirdi. Aqrar islahatlar respublikamızda ilk dəfə olaraq Naxçıvan MR-da Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilməyə başlamışdır. Ali Məclisin 1992-ci il aprel sesiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qəbul edilmiş qərarlar burada islahatların aparılmasının təməlini qoymuşdur. O zaman bu qərarların misilsiz əhəmiyyəti oldu.

Respublikmaızda bir sıra digər məsələlər kimi torpaq islahatlarının həyata keçirilməsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1992-ci ilin əvvəllərində Naxçıvan MR-da Heydər Əliyevin rəhbərliyi altında Culfa rayonunun Şurut və Gal kəndlərində torpaq islahatları həyata keçirildi. Lakin təssüf ki,Ulu Öndərimizin atdığı bu mütərəqqi addım Azərbaycanın o zamankı rəhbərliyi tərəfindən qısqanclıq hissi ilə qarşılanaraq qəbul edilmədi. Yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə dönüşündən sonra Azərbaycanda bu sahədə əməli iş görülməyə başlandı.

Respublikada 1996-cı ildən torpaq islahatı aparmaq üçün yenə də Heydər Əliyevin təşəbbüsü ilə torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatını təmin edən onun hüquqi bazası yaradıldı. Torpaq Məcəlləsi də daxil olmaqla qəbul edilmiş 40-a qədər qanun və digər hüquqi normativ aktlar respublikamızda torpaq islahatlarına əsaslı zəmin yaratdı. Bu sahədə qanunvericilik və onun icrası prosesi indi də davam edir.

Naxçıvan MR iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutduğundan bu sahəyə diqqət artır ki, bu da öz bəhrəsini verir. Son illər Muxtar Respublikada bitkiçilik məhsulları istehsalının dinamikası aşağıdakı cədvəldə verilib: (Naxçıvan MR Statistika Komitəsinin materialları əsasında müəllif tərəfindən tərtib edilmişdir)

Cədvəl 2. Naxçıvan MR-da bitkiçilik məhsulları istehsalı (min ton)

Bitkilərin adı

1993

1998

2000

2001

2002

2003

Taxıl

20,0

55,2

54,4

63,1

73,7

81,4

Şəkər çuğunduru

1.5

39.1

45.5

41,3

11,58

129,0

Kartof

1.8

10.3

13.5

15.2

13,6

14,2

Tərəvəz

14.8

22.7

42.7

47,8

50,2

53,4

Bostan məhsulları

1.0

15.7

33.6

37.2

39,9

41,7

Meyvə və giləmeyvə

8.2

22.8

28.4

28.7

28,8

28,6

Üzüm

33.0

14.3

14.0

13.8

12,6

11,4

Cədvəl məlumatlarından aydın olur ki, üzümdən başqa digər bütün məhsullar üzrə 3-10 dəfə arasında artım müşahidə olunmuş və məhsuldarlıq xeyli artmışdır. Hesab edirik ki, Muxtar Respublikada üzümçülük bağlarının əkin sahələri azalmasına baxmayaraq, hökumət qərarına uyğun olaraq və həm də emal sənayesinin inkişafı ilə bağlı onların xammala olan təlabatını ödəmək üçün bu sahə də genişlənir.

Bitkiçiliklə yanaşı heyvandarlığın inkişafı sahəsində də bir sıra mühüm işlər görülmüşdür. Ümumiyyətlə, kənd təsərrüfatını ikinci bir əsas sahəsini təşkil edən heyvandarlıq sahəsi əhalini ət, süd, yumurta, yağ və s. həyatı əhəmiyyət kəsb edən məhsullarla təmin etməkdən başqa, yeyinti və yüngül sənayeni qiymətli xammalla təmin etmişdir.

Ulu Öndər Heydər Əliyevin heyvandarlığın inkişafına göstərdiyi qayğısının nəticəsidir ki, Muxtar Respublikanın kənd təsərrüfatında mal-qaranın baş sayının artım dinamikasında ciddi irəliləyişlərə nail olunmuşdur. Ölkənin 10 iqtisadi rayonu üzrə aparılan müqayisələr bunu deməyə əsas verir. 2013-cü ildə mal-qaranın baş sayının artım tempinə görə Dağlıq Qarabağ və Yuxarı Qarabağ iqtisadi rayonu istisna olmaqla Naxçıvan iqtisadi rayonu ilk yerlərdə təmsil olunmuşdur.

Araşdırmalardan məlum olur ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında bitkiçilik və heyvandarlıq sahəsinin inkişafına göstərdiyi qayğının nəticəsində bu gün Muxtar Respublikada kənd təsərrüfatının sahəsinin artım tempi ilə əhalinin ərzaq məhsullarına olan tələbatını tam ödəyir.

İşin “Naxçıvan MR iqtisadiyyatının digər sahələrində Ulu Öndərin gördüyü işlər” adlı üçüncü fəslində tədqiqat obyekti seçilən Naxçıvan MR Nəqliyyat, İnformasiya və Komunikasiya Texnolagiyaları və Naxçıvanda tikinti kompleksinin iqtisadi inkişaf yolları və inkişafın sürətləndirilməsində Heydər Əliyevin gördüyü işlər təhlil olunmuşdur. Nəqliyyatın inkişafı cəmiyyətin inkişafı ilə əlaqəli şəkildə istehsal sahələrinin inkişafında və məhsuldar qüvvələrin formalaşmasında təsiredici amillərdən biri olmuş, daim təkmilləşmiş və inkişaf etmişdir.

Nəqliyyatın inkişafında və onun sahələrinin formalaşmasında tarixən Yer kürəsinin ayrı-ayrı regionlarının, dəniz və okeanlarının öyrənilməsi nəticəsində və həmin ərazilərə gediş-gəlişin təmin olunması zərurətindən irəli gələrək nəqliyyatın ayrı-ayrı sahələrinin inkişafına da diqqət artırılmışdır.

Aparılan təhlildən aydın olur ki, bütün əsrlərdə yolların hərtərəfli öyrədilməsi bəşər cəmiyyətini daima narahat etmişdir. Bütün tarixi dövrlərdə ayrı-ayrı ölkələrin öyrənilməsi istər nəqliyyat baxımından, istərsə də ölkələrin təbii sərvətlərin öyrənilməsi baxımından dünya ölkələrinin iqtisadi inkişafına təsir göstərən ən mühüm amillər hesab edilmişdir. Məhz bu baxımdan Azərbaycan, o cümlədən Naxçıvan MRnın nəqliyyat sisteminin inkişafı və iqtisadiyyatda oynadığı rol daha mühüm əhəmiyyət kəsb edir. Sovet hakimiyyəti illərində respublikamızda geniş imkanlara malik yol-nəqliyyat infrastrukturu formalaşmışdır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra böhran vəziyyətinə düşən ölkəmizi böhrandan çıxarmaq və onu inkişaf yoluna salmaq Ulu Öndər Heydər Əliyevə nəsib olmuşdur.

1969-cu ildə Ümummili liderimiz Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişi bütün sənaye kompleksinin sürətli inkişafının başlanğıcı oldu ki, bu da öz növbəsində iqtisadiyyatın başqa sahələri ilə yanaşı, dəmir yolu nəqliyyatında da aparıcı rol oynadı. Əgər 1969-cu ilə qədər dəmir yolunda 129 stansiya vardısa, qısa müddətdə onların sayı 176-ya çatdırılmışdır. Bu dövrdə 482,8 kilometr uzunluğunda dəmir yolu xətti çəkilmişdir. Ələt-Astara, Naxçıvan-İmişli, Şərur-Culfa və digər sahələrdəki stansiyalarda yoldəyişdirici və idarteətmə qurğularının tam dispetçer mərkəzləşdirilmiş qurğusu təmin olunmuşdur. Azərbaycan Dövlət Dəmir yolunun Naxçıvan hissəsi də xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə yaradılmışdır. Sarıcallar-Astara- Şərur sahələrini əhatə etmiş həmin dəmir yolunun uzunluğu 870 km olmuşdur.Bu dəmir yolu vasitəsilə əsasən xalq təsərrüfatı yükləri, sərnişindaşımaları və hərbi yüklərin daşınması həyata keçirilmişdir. Eyni zamanda bu dəmir yolu vasitəsilə İran İslam Respublikası ərazisindən beynəlxalq səviyyəli yüklərin daşınması da təşkil olunmuşdur.

1990-cı illərdən başlayaraq erməni işğalçıları tərəfindən Bakıİmişli-Culfa dəmir yolunun ətrafında yerləşən bir sıra rayonların işğal olunması həmin dəmir yolunun dayandırılmasına və Naxçıvan MR-in blokada şəraitində qalmasına səbəb olmuşdur. Ona görə də Muxtar Respublika ərazisi daxilində dəmir yolu ilə yüklərin daşınması həyata keçirilməklə bərabər İran dövləti ilə Culfa dəmir yolu vasitəsilə iqtisadi əlaqələr inkişaf etdirilir, yükdaşıma əməliyyatları həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci hakimiyyəti dövründə, yəni 1993-2003-cü illər ərzində bütün nəqliyyat növləri ilə yük daşınması orta hesabla hər il 13,4%, o cümlədən dəmir yolu nəqliyyatında 12% artmışdır. Ölkə nəqliyyatının arteriyası hesab olunan dəmir yolunun fəaliyyətində son illər müşahidə edilən yüksəliş indi də davam edir. Daşınan yüklərin təhlili göstərir ki, Naxçıvan MR daxilində göndərilən və gətirilən yüklərin 37,6-15,1% Naxçıvan, 14,2- 4,3% Şərur, 6,4-0,7%-i Qızılvəng, 0,7-0,6%-i Başı-Başı, 8,9-0,9%-i Ordubad, 15,8-8,1% Culfa, 9,8 %-i İran Culfası, 8,0%-i təşkil etmişdir. Əsas yük yaradan mənbələr Naxçıvan MR-in daxili yük axınları hesabınadır. Daşınan yüklərin əsas hissəsini tikinti materialları,kənd təsərrüfatı məhsulları təşkil edir.

Son illər bütün dünya ölkələrində yükdaşımada avtomobil nəqliyyatından daha geniş istifadə olunur. Başlıca səbəb isə avtomobil nəqliyyatının daha çevik olmasıdır. Məhz buna görə də dünya ölkələrində avtomobil yollarının inkişaf etdirilməsinə, texniki-iqtisadi göstəricilərin beynəlxalq normalara uyğun olmasına xüsusi fikir verilir.

Ölkədə olduğu kimi, Muxtar Respublikanın iqtisadi inkişafında da avtomobil nəqliyyatının xüsusi rolu vardır. Yeni yolların salınması, körpü tikintisi sahəsində əldə olunan nailiyyətlər ildən-ilə artmaqdadır. Blokada şəraitində olmasına baxmayaraq, Muxtar Respublika daxilində nəqliyyatın inkişafı öz dinamikası ilə fərqlənir.

Naxçıvan MR-da nəqliyyat sektorunda görülən işlər nəticəsində, 1993-cü ildən 2013-cü ilə qədər 1856 km uzunluğunda yeni avtomobil yolları salınmış,34 körpü tikilmiş, 32 körpü əsaslı təmir olunmuşdur.

Araşdırmalar göstərir ki, ölkənin iqtisadi rayonları içərsində Naxçıvan iqtisadi rayonu fiziki şəxslər tərəfindən yük və sərnişin daşımasından artım tempinə görə birinci yeri tutur. Ölkənin iqtisadi rayonlar üzrə avtomobil nəqliyyatı ilə yükdaşınmaların dinamikası aşağıdakı cədvəldə verilmişdir: (Cədvəl Azərbaycan Dövlət Statistika Komitəsinin materialları əsasında tərtib edilmişdir)

Cədvəl 3. 2013-cü ildə ölkənin iqtisadi rayonları üzrə avtomobil nəqliyyatı ilə yük daşınmasının dinamikası.

İqtisadi rayonlar

2013-cü ilə nisbətən (faizlə)

Ölkə üzrə

106,0

Naxçıvan

109,5

Abşeron

105,9

Gəncə-Qazax

106,2

Şəki-Zaqatala

107,1

Lənkəran

106,0

Quba – Xaçmaz

106,6

Aran

105,5

Yuxarı Qarabağ

102,8

Dağlıq Şirvan

104,3

İşğal olunmuş rayonlar üzrə

106,2

Muxtar Respublikanın iqtisadi əlaqələrinin inkişaf etdirilməsində hava nəqliyyatı xüsusi əhəmiyyət kəsb edir. Ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə birinci dəfə hakimiyyətə gəldikdən sonra başqa sahələr kimi nəqliyyat sisteminin də inkişafına diqqət yetirmişdir. Ölkə regionları arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ilə yanaşı Azərbayacanın ayrılmaz tərkib hissəsi olan və əsas ərazidən təcrid olunmuş şəraitdə yaşayan Naxçıvan nəqliyyat problemlərinin həlli Ulu Öndəri daimi düşündürmüşdür. Bu qayğının nəticəsidir ki, 1974-cü ildə Naxçıvanda ilk hava limanı tikilib istifadəyə verilmişdir. 1800 metrlik uçuş-enmə zolağına malik hava limanı o vaxt avtobus marşurutlarının nəqliyyatının müntəzəm işlədiyi dövrün tələbləri baxımından ehtiyacların ödənilməsinə hesablanmışdır. Lakin Dağlıq Qarabağa əsassız erməni iddiaları nəticəsində başlayan müharibənin zərbə dalğaları Naxçıvana dəyəndən, regionu Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən blokadaya alınandan sonra sərnişin və yük daşınması kimi vacib məsələlərdən kiçik tutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin çox uzaqgörənliklə tikdirib istifadəyə verdiyi və yerli əhali tərəfindən “həyat yolu” adlandırılan bu yeganə nəqliyyat-kommunikasiya xətti ölkə paytaxtı Bakı şəhəri ilə əlaqə yaradılmasında mühüm rol oynamışdır.

Nəqliyyat istehsal prosesinin təşkil formasında, istehsalla istehlak arasında, həmçinin iqtisadi rayonlar arasında məhsul mübadiləsində özünü daha qabarıq şəkildə birüzə verir. Lakin nəqliyyat özü-özlüyündə heç bir maddi məhsul istehsal etmir, daşınma prosesində səmərəsiz nəqliyyat xərclərini aradan qaldırmaqla, külli miqdarda iqtisadi sahələrdən gəlirin əldə olunmasına şərait yaratmış olur. Nəqliyyat vasitəsilə məhsulun bir regiondan başqa bir regiona, yaxud iqtisadi rayona daşınması mühüm proses olub, nəqliyyat işçilərinin əməyi tərəfindən yaranan yeni, digər gəlir hesabı ilə müəyyən olunur. Bu baxımdan daşınma prosesi zamanı nəqliyyatın səmərəliliyinin seçilməsi yük və sərnişin daşınma əməliyyatlarının nəqliyyat növləri arasında düzgün müəyyən olunması iqtisadi əlaqələrə təsir göstərən mühüm faktorlardan biri kimi qiymətləndirilir. İkinci iqtisadi əlaqələrin inkişafına təsir göstərən istehsal sahələrinin formalaşması üçün kifayət qədər təbii resurslara malik olmasıdır. İran və Türkiyə kimi dövlətlərlə qonşuluq mövqeyində olması iqtisadi əlaqələrin inkişafında mühüm amil hesab edilir. Eyni zamanda daxili və xarici iqtisadi əlaqələrin inkişafı məqsədilə daşınma prosesində məhsulların nəqliyyat sahələri arasında optimal bölüşdürülmə variantlarının seçilməsi də mühüm amil kimi qiymətləndirilir. Naxçıvan iqtisadi əlaqələrinin intensivləşməsi üçün ilk növbədə istehsal sahələri məqsədyönlü şəkildə inkişaf etdirilir. Ulu Öndər Heydər Əliyevi həmişə ən çox düşündürən fikir Naxçıvan MR-ı blokada şəraitindən çıxartmaq olub və Bakı-Tiblis-Qars yolunun gələcəkdə Qars-İqdır-Naxçıvan dəmir yol şəbəkəsinə qoşulması və Naxçıvan MR-ın gələcəkdə Türkiyə ərazisindən keçməklə sərnişin və yüklərin Avropaya çıxarılmasını təmin etməklə yanaşı Avropaya inteqrasiya olunması və Naxçıvanda Azad İqtisadi zona yaradılması olub.

İnformasiya və komunikasiya texnologiyaların respublika iqtisadiyyatının bir hissəsi olmaq etibarı ilə formalaşması dünyanın əksər ölkələrində olduğu kimi, XX əsrin 60-cı illərinə təsədüf edir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə siyasi hakimiyyətə gəldikdən sonra bu sahə sistematik olaraq inkişaf etməyə başladı və informasiya cəmiyyəti adlanan yeni cəmiyyət yaranmış oldu. Bu sahənin təsir dairəsi dövlət strukturları və vətandaş cəmiyyəti institutları iqtisadi və sosial sahələri elm, təhsil, səhiyyə, mədəniyyət və ümumiyyətlə insanların bütün fəaliyyət sahələrini əhatə edir. Respublikamızda İKT sahəsinin inkişaf etdirilməsi Heydər Əliyevin həmişə diqqət mərkəzində olmuş və bu bəşəri proseslər ölkəmizdə ardıcıl olaraq həyata keçirilməkdədir. Bu gün Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsindəki məqsədyönlü fəaliyyət ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə aparılır və informasiya texnologiyaları sahəsi ölkənin inkişaf prioritetlərinə daxil edilmişdir. Ulu öndərin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəddir.

Bu sənədə uyğun olaraq ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da bu sahəyə daim diqqət və qayğı ilə yanaşılır, iqtisadiyyatın digər sahələri ilə yanaşı informasiya-kommunikasiya texnologiyaları sahəsi də müsbət dinamika ilə inkişaf etdirilir. Muxtar respublikada rabitə və informasiya sistemlərinin, informasiya- kommunikasiya texnologiyalarının inkişafını təmin etmək məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər hazırki sosial-iqtisadi inkişafda informasiya-kommunikasiya texnologiyalarının rolunu artırmaqdadır. Muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sosial-iqtisadi tərəqqinin sürətləndirilməsi üçün zəruri məsələlərdən birinə çevrilmişdir. Bu baxımdan inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması istiqamətində mühüm tədbir sayılan optik kabel magistrallarının tikintisi işi böyük tutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə geniş imkanlar yaratmış və hazırda bu iş muxtar respublika daxilində davam etdirilməkdədir.

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ümumilikdə, bu sahə üzrə göstərilən xidmətlərin həcminin dinamik artımına da zəmin yaratmışdır. Belə ki, 2013-cü ildə informasiya və rabitə xidmətlərinin həcmi 45 milyon 52 min manat olmuşdur ki, bu da 2003-cü ildəki müvafiq göstəricidən 10,3 dəfə çoxdur .(www.rytn.nakhchivan.az)

Həyata keçirilən bu mühüm tədbirlər muxtar respublikanın mövcud potensialından səmərəli istifadəni və onun inkişaf etdirilməsini, rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi, texniki və kadr təminatı baxımından modernləşdirilməsini, muxtar respublikada informasiya cəmiyyətinə keçidi daha da sürətləndirməkdədir.

90-cı illərin ortalarından Muxtar Respublikada başlanılan quruculuq işləri nəticəsində son illərdə yüzlərlə obyekt tikilib istifadəyə verilmiş, yenidən qurulmuş, təmir edilmiş, yollar çəkilmiş, körpülər və parklar salınmışdır. İndi Naxçıvanın siması tamamilə dəyişilmişdir.

Tikinti-quraşdırma işlərini həyata keçirən bu sektor daha çox işçi qüvvəsi cəlb edən və insanların normal yaşayışı üçün xüsusi əhəmiyyət kəsb edən bir sahədir. Ona görə də tikinti-quraşdırma işlərinin nəticəsi istər insanların yaşayış şəraitində, istərsə də ölkənin ümumi iqtisadi inkişafında xüsusi rol oynayır.

Aydındır ki, əsaslı tikinti yeni müəssisələrin tikintisini və fəaliyyətdə olan müəssisələrin yenidən qurulmasını һəyata keçirən saһələrdən biridir. Başqa sözlə bu, ictimai isteһsalın yarımsistemlərindən biri olub, isteһsal və qeyri-isteһsal fondlarının təkrar isteһsalını təmin edir. Əsaslı tikintinin başlıca məqsədi ayrılmış bütün resuslardan səmərəli və qənaətlə istifadə etməklə əsas fondların və isteһsal gücünün artırılması, eləcə də tam istifadəyə verilməsidir. Bu məqsəd isə əsaslı tikintinin mahiyyətindən doğur. Belə ki, əsaslı tikinti milli təsərrüfat kompleksinin ən müһüm һissəsi olaraq, cəmiyyətin һəyat fəaliyyəti ilə sıx surətdə əlaqədardır. Eyni zamanda, onun sosial-iqtisadi inkişaf səviyyəsinə və səmərəliliyinə bilavasitə təsir edir. Ona görə də bütün dövrlərdə cəmiyyət də, öz növbəsində, əsaslı tikintinin dinamik inkişafına və təkmilləşdirilməsinə maraq göstərir. Bütün bunlarla yanaşı, məlumdur ki, hər bir milli təsərrüfatın ayrı-ayrı sahələrinin inkişafı əsaslı tikintinin inkişaf qanunauyğunluğundan, idarəedilməsindən, təşkilati strukturundan və s. çox asılıdır. Bu baxımdan da əsaslı tikinti anlayışının düzgün müəyyən edilməsi, cəmiyyətin və milli iqtisadiyyatın inkişafında bu sahənin rolunun dəqiq aydınlaşdırılması çox böyük əһəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, ilk növbədə, əsaslı tikinti milli təsərrüfatın maddi isteһsal sahələrindən biridir və burada mövcud resursları, ümumi ictimai məһsula daxil olan һazır tikinti məһsulu növlərini və s. əsas fondlara çevrilən kapital qoyuluşu layiһələri һazırlanır və reallaşdırılır. Digər tərəfdən, tikinti maddi isteһsal saһəsi olub, һazır tikinti məһsulu növundə - binalar, qurğular, kommunikasiyalar və s. şəkildə isteһsal və ya qeyri-isteһsal əһəmiyyətli əsas fondlar yaradılır. Eyni zamanda, tikinti isteһsalı tikinti-quraşdırma işlərinin məcmusu olmaqla, onun һəyata keçirilməsi nəticəsində binalar, qurğular, kommunikasiyalar və onların kompleksləri növündə һazır tikinti məһsulu yaradılır. Araşdırmalar göstərir ki, hər һansı bir tikinti məһsulunun yaradılması prosesi layiһə qabağı işləri, kapital qoyuluşu və tikinti-quraşdırma işlərini, layiһələndirmə, resurslarla təmin etmə və hazır tikinti məhsulu isteһsalı, tikinti obyektlərinin istifadəyə verilməsi və layiһə güçünün mənimsənilməsi mərhələlərini əhatə edir.

Araşdırmalardan məlum olur ki, 2003-cü ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyaların həcmi əvvəlkinə nisbətən artırılaraq 307.5 milyard manat olmuşdur. Bu, əsas kapitala yönəldilmiş bütün investisiyaların 97.3%-ni təşkil etmişdir. 2003-cü ildə podratçı tikinti təşkilatları tərəfindən görülmüş tikinti işlərinin həcmi 278.0 milyard manat və ya keçən illə müqayisədə 5.5 dəfə çox istifadəyə verilmiş əsas fondların dəyəri 104.6 milyard manat təşkil etmişdir. Daxili imkanlar və s. mənbəylər hesabına Muxtar Respublikada yalnız 2003-cü ildə 100-dən çox obyektdə təmir və yenidənqurma işləri aparılmış, bu məqsədlə 134.3 milyard manat vəsait xərclənmişdir.Bu obyektlərin sırasında xeyli sosial obyekt, o cümlədən səhiyyə, mədəniyyət, rabitə, küçə, meydan və parkların abadlaşması, ümumi istifadə üçün ictimai və inzibati binalar və s. vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görülən işləri daha da sürətləndirmək məqsədilə 2004-cü ilin fevral ayında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” haqqında fərman imzalamışdır. Bunun nətıcəsində ınvestisiyaların geniş sahə quruluşu və intensivliyi diqqətdə saxlanılmış, 2013-cü ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 2003-cü ildəki müvafiq göstəricini 16,4 dəfə üstələyərək 1 milyard 37 milyon 748 min manatı ötmüşdür.

 Dissertasiya işinin əsas müddəaları, əldə olunan nəticə və təkliflər müəllifin dərc olunmuş aşağıdakı elmi əsərlərində öz əksini tapmışdır:

  1. Heydər Əliyev və Naxçıvan MR iqtisadi inkişafı // NDU-nun Elmi Əsərləri. Tarix və ictimai elmlər seriyası, 2008, №5, s. 143-147.
  2. Heydər Əliyev və müstəqillik dövründə Naxçıvan MR iqtisadi inkişafı // AMEA-nın Xəbərləri. İqtisadiyyat elmləri seriyası, 2009, №1, s. 262-266.
  3. Heydər Əliyev və Naxçıvan MR xarici iqtisadi əlaqələrinin inkişafı // Milli Aviasiya Akademiyasının Elmi Əsərləri, 2010, №1, s. 122-132.
  4. Heydər Əliyev və Naxçıvan MR-də aqrar islahatlar // NDUnun Elmi Əsərləri. Tarix və ictimai elmlər seriyası, 2010, №1(29), s. 293-297.
  5. Ulu Öndər Heydər Əliyev və Naxçıvan MR nəqliyyat sektorunun iqtisadi inkişafı // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Humanitar elmlər seriyası, 2011, №3, s. 271-277.
  6. Naxçıvan Muxtar Respublikası tikinti-investisiya sektorunun inkişafı // NDU-nun Elmi Əsərləri. İctimai elmlər seriyası, 2014, №9(65), s. 189-194.
  7. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Humanitar elmlər seriyası, 2015, №1, s. 268-276.
  8. Dövlətçilik və İnformasiya-Kommunikasiya Texnologiyaları siyasəti / Elektron Naxçıvan-5. Nəticələr və vəzifələr (25-26 iyun), Beynəlxalq simpoziumun materialları, Naxçıvan, 2011, s. 96-98.
  9. Аграрные реформы в Нахичеванской Автономной Республике // Известия международной академии аграрного образования, Белгород, ISSN:1994-7860, 2015, №3, с. 116-123.

 http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_n_vhc_07_11_15.pdf