Hörmətli İmaməli Şaripoviç!
Tacikistan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycanla Tacikistan arasındakı ənənəvi çoxəsrlik dostluq əlaqələri xalqlarımızın rifahı, regionda sülh və sabitlik naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, dövlət fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş tacik xalqına isə tərəqqi və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Azərbaycan - Müstəqil Dövlətlər Birliyi
Azərbaycan - Tacikistan münasibətləri