Əlahəzrət!
Bəhreyn dövlətinin milli bayramı münasibətilə Sizi və dost Bəhreyn xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.