Norveç Krallığının Baş naziri zati-aliləri cənab Yens Stoltenberqə - 24 mart 2000-ci il


Hörmətli cənab baş nazir!

Norveç Krallığının baş naziri seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Norveç arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


"Azərbaycan" qəzeti, 25 mart 2000-ci il.