Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyann İmperatoru əlahəzrət Akixito ilə təkbətək görüşdəki söhbətindən (İmperator sarayı, 25 fevral 1998-ci il) sənədinə tarixi arayış


Heydər Əliyevin 23 - 28 fevral 1998-ci il tarixdə Yaponiyaya rəsmi səfəri görüş və imzalanmış sənədlər baxımından çox zəngindir. Səfər dövründə bu ölkənin Tokio, Osako və Kioto şəhərlərində dövlət və iş adamları ilə 47 görüş keçirilib, 5 vacib sənəd imzalanıb.

Xüsusilə Heydər Əliyev və Baş nazir Ryutaro Haşimoto tərəfindən imzalanan Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq haqqında birgə bəyanat və Yaponiya ilə Azərbaycan arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında birgə bəyanat mühüm əhəmiyyət kəsb edir. 25 fevral 1998-ci ildə Heydər Əliyevin Yaponiya İmperatoru Akihito ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan-Yaponiya işgüzar münasibətləri müzakirə olunub.