Sinqapur Respublikasının Prezidenti zati-aliləri cənab S. R. Natana - Bakı şəhəri, 25 iyul 2002-ci


Hörmətli cənab prezident!

Sinqapur Respublikasının milli bayramı - Milli gün münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapan dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 9 avqust 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış