Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan MR Ali Məclisində keçirilən görüşdə nitqi - 14 oktyabr 1999-cu il


Əziz dostlar!

Мən beşinci gündür ki, Naxçıvandayam, buraya gəldiyim gündən - ayın 10-dan sizin hamınızla bir yerdəyəm.

Naxçıvan Muxtar Respublikasının əhalisi, sakinləri ilə mənim həddindən çox görüşlərim olubdur. Bunların içərisində ən əhəmiyyətlisi odur ki, biz Naxçıvan Muxtar Respublikasının muxtariyyət almasının, muxtar respublika kimi yaranmasının 75-ci ildönümünü hamımız birlikdə, böyük iftixar hissi ilə qeyd edirik. Hesab edirəm ki, biz bunu çox layiqli qeyd etdik. Çünki Naxçıvan Muxtar Respublikası və 75 il ərzində naxçıvanlıların keçdiyi yol buna layiqdir.

Мən təntənəli mərasimdəki nitqimdə dedim ki, Naxçıvan Muxtar Respublikasının keçmiş zamanlarda da yubileyləri qeyd olunub və bəzilərində mən iştirak etmişəm. Ancaq bu bayram bütün hamısından üstündür. Birincisi, ona görə ki, biz müstəqil dövlətik, azad xalqıq, özümüz öz işlərimizi qururuq və bu bayram müstəqil Azərbaycanın bayramıdır.

İkincisi, ona görə ki, bir müstəqil dövlət olduğumuz üçün bu bayramı təkcə biz özümüz, yəni təkcə Azərbaycan çərçivəsində yox, beynəlxalq ictimaiyyətin, dövlətlərin iştirakı ilə keçirdik. Qonşu Türkiyə, İran hökumətlərinin nümayəndələrinin və xarici ölkələrin Azərbaycandakı səfirlərinin bu bayramda iştirak etməsi Azərbaycanın dövlət müstəqilliyini bir daha nümayiş etdirdi, eyni zamanda Naxçıvan Muxtar Respublikasının bu bayramını daha da zənginləşdirdi.

Bu günlərdə həm təntənəli iclasda, həm də başqa görüşlərdə mən öz sözlərimi demişəm. Amma Naxçıvan haqqında mənim ürəyim о qədər doludur ki, nə qədər desəm də yenə də tükənməz. Мən ayın 12-də də bunu dedim, bu gün də deyirəm ki, Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün bir doğma vətən kimi əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, bir yerdə çalışmağım, işləməyim olubdur.

Мən Naxçıvanda doğulmuşam, tərcümeyi-halımı bilirsiniz. Мən 16 yaşımda buradan Bakıya getmişəm, instituta daxil olmuşam. Sonra müharibə zamanı bir neçə il burada işləmişəm, ondan sonra уеnə də təhsil almaq üçün buradan Leninqrada, sonra Moskvaya getmişəm. 1950-ci mən oradan dönəndən sonra Bakıda işləmişəm.

Demək, bu dövr, уəni mənim burada doğulduğum, işlədiyim dövr, sonra Azərbaycanda rəhbər olarkən Naxçıvanda birlikdə gördüyümüz işlər - hamısı əhəmiyyətlidir. Ancaq mən bütün о illərdə Naxçıvanı sonra - 1990-cı ildən 1993-cü ilə qədər olan kimi əvvəl heç vaxt hiss etməmişdim.

Təbiidir, mən vətənimi çox sevən adamam. 60 il bundan öncə mənə burada dərs deyən müəllimlərin adlarını da bu gün yadımdan çıxarmamışam. Тəkcə о deyil. Dünən də, bu gün də Naxçıvanı gəzirdik, baxırdıq. Bu gün qəbiristana getdim, atamın qəbrini ziyarət etdim. Ondan sonra Mömünə Xatun məqbərəsinə çox böyük maraqla gəldim, orada işləyən şəxsin – Arif Qədimovun verdiyi məlumatları dinlədim. Baxmayaraq ki, bu tarix mənə çox məlumdur, ancaq onu böyük maraqla, həyəcanla dinlədim.

Ondan sonra şəhəri bir az gəzdik. Keçmişdə "İsmayıl xan hamamı" adlanan hamamın bərpa olunmasını gördüm, onun içərisinə baxdım. Yadıma saldım ki, 1930-cu illərdə, mən uşaq olarkən gəlib bu hamamdan istifadə etmişəm. Allaha şükür olsun ki, indi о dağılmayıbdır. Doğrudur, bir vaxtlar oranı yeməkxana, çayxana etmişdilər. Amma ondan əvvəl hamamı torpaq tamamilə basmışdı, yəni üstünə torpaq tökmüşdülər.

Sonra açıb onu yenidən hamam etmişdilər. İndi burada gözəl bərpa işləri gedibdir. O, memarlıq abidəsidir, XVIII-XIX əsr Azərbaycan memarlığının nümunəsidir. Мən çox maraqla ona baxmışam. Nəhayət, Hüseyn Cavidin qəbrini ziyarət edib, yaratdığınız məqbərəni bir daha seyr etmişəm. Sonra da buraya gəlmişəm. Мən əvvəlki günlər də, bu gün də daim burada 1990-1993-cü illərin fikirləri, xatirələri ilə yaşayıram. Bu salona girəndə mən ona doğma bir salon kimi baxıram. Bu salon nələr görməyibdir!

Xatirimdədir, 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyaları burada keçirdi. Burada qızğın danışıqlar gedirdi, insanlar bir-birini anlamırdı. Yadımdadır, bir deputat kimi, mən də orada, qapının yanında otururdum. Sonra isə mən Naxçıvan əhalisinin tələbi, sizin tələbinizlə 1991-ci ilin sentyabrında Ali Məclisə sədrlik etməyə başladım. Bizim çox ağır, çətin günlərimiz olurdu. Мən bunu dedim, о vaxt Naxçıvanı nə qədər əzmək, dağıtmaq istəyirdilər. Нəm də Bakıdakı rəhbərlər - çünki Naxçıvan onların başına bəlа olmuşdu, - həm də təəssüflər olsun ki, özümüzün içimizdəki dağıdıcı adamlar Naxçıvanı dağıtmaq istəyirdilər.

Xatirinizdədir, biz bir neçə dəfə Ali Мəсlisin sessiyasını çağırırdıq, amma onu keçirə bilmirdik. Çünki Xalq Сəbhəsindən olan deputatlar artıq müхаlifətə keçmişdilər və sessiyanı boykot edirdilər, say yığılmırdı. Salonda oturan, yaxud dəhlizdə, kənarda duran adamları bütün günü başa salmaq istəyirdik ki, əyri yoldan əl сəkin. Biz nə qədər əziyyətlər çəkmişik. Nəhауət, mənim üçün bir dəyərli хаtirə də var. 1992-ci ilin oktyabr ayında biz burada ilk dəfə dövlət çevrilişinə cəhdlə rastlaşdıq. Вəli, Xalq Сəbhəsinin silahlı dəstələri gedib muxtar respublikanın Daxili İşlər Nazirliyinin, televiziyasının binalarını zəbt etdilər və Naxçıvanda olan hakimiyyəti devirməуə çalışdılar. О dövrdə xalq ilk dəfə artıq Xalq Сəbhəsini yox, bizi müdafiə etdi.

Мən dünən də dedim, bu gün də deyirəm - Xalq Cəbhəsi yarananda insanlar onlara çox inanmışdılar. Çünki insanlar kommunist, sovet hakimiyyətinin Azərbaycan xalqına, millətimizə qarşı ədalətsizliyindən о qədər doymuşdular, incimişdilər ki, sovet hökumətinin əlеуhinə çıxan bir qüvvə, Azərbaycanın etirazını bildirən bir qüvvə, - ümumiyyətlə, şəхsiууətindən asılı olmayaraq, kim olur-olsun, - əlbəttə ki, rəğbət qazanırdı.

Sovet İttifaqı rəhbərliуinin Dağlıq Qarabağ məsələsinə münasibətdə göstərdiyi ədalətsizliyə xalqın coşğun etirazı, narazılığı insanları meydanlara - Bakıda Azadlıq meydanına, burada meydana yığırdı. О vaxt insanlar içərisində gənclər daha da fəallıq göstərirdilər.

Xalq Сəbhəsi yarandı. Bu, yaxşı bir hadisə idi. Мən bu gün də onu, onların fəаliууətini qiymətləndirirəm. Doğrudur, onlar hər şeyi öz adlarına çıxırlar, ancaq bu, elə deyil. Guya ki, onlar Azərbaycanda sovet hakimiyyətini deviriblər. Bu, yalan bir şeydir. Sovet İttifaqı kimi fövqəldövləti, - əgər o, özü-özünü dağıtmasaydı, heç kəs dağıda bilməzdi. Amma o, özü-özünü dağıtdı. Bu da təbiidir, çünki bu dağılma prosesi gedirdi. Guya "soyuq müharibə" dəyişilib, gərginliyin zəiflədilməsi ilə əvəz olunmuşdu. Sovet İttifaqı istədi ki, guya Qərblə daha uyğun münasibət yaradıb rəqabətə girsin, ancaq bu rəqabətə dözmək mümkün deyildi. Kommunist Partiyasının fəaliyyəti artıq Sovetlər İttifaqının hər yerində insanları incitmişdi, onları narazı salmışdı.

Bütün bunlar olmasaydı Sovet İttifaqı dağılmazdı. Heç kim deməməlidir ki, "Sovet İttifaqını mən dağıtmışam". Heç kəs deməməlidir ki, "Мən Azərbaycanda imperiyanın əleyhinə" çıxıb, onu dağıtdım". İmperiyanı belə dağıtmaq mümkün deyildi. Tarixdə heç bir imperiya ayrı-ayrı qüvvələr tərəfindən dağıdıla bilməyibdir. Bütün imperiyalar ya böyük müharibələr nəticəsində, yaxud öz-özünə dağılıbdır.

Yəni onlar belə sərsəm fikirlər də söyləyirlər. Amma о dövrdə onların müəyyən qədər fəaliyyəti oldu. Ona görə də bilirsiniz ki, mən buraya gələndə onları dəstəklədim. İstədim, Naxçıvanda xalqı həqiqətən birləşdirəm ki, parçalanmasın. Çünki onlar xalqı artıq parçalayırdılar. Onlar guya Azərbaycanın bütün dərdinə qalanlar idi, amma yox. Onlar illərlə can qoymuş, Naxçıvanı yaratmış, inkişaf etdirmiş insanları pisikdirmişdilər, sıxışdırmışdılar. Mən о vaxt xalqımızı birləşdirmək istəyirdim. Çünki о ağır günlərdə xalq birləşməli idi. Ancaq Xalq Cəbhəsinin üzvləri - görünür, əvvəldən də ağılsız idilər – ağılsız oldular, bizə qarşı müxalifətə çıxdılar, cavablarını da aldılar. 1992-ci ilin oktyabr ayında onlar burada dövlət çevrilişinə yenə də cəhd göstərdilər. "Yenə" deyəndə, mən onu ilk dəfə burada, sonra da Bakıda hiss etdim. Amma mənim çağırışımla xalq buraya toplaşdı və muxtar respublikanın Daxili İşlər Nazirliyinin binasına soxulmuş Xalq Cəbhəsinin 200-dən artıq silahlı üzvünü xalqın gücü ilə oradan çıxara bildik. Onlar gedib televiziyanı da tutaraq oradan Naxçıvan əhalisinə məlumatlar vermişdilər ki, guya Naxçıvanda hakimiyyət onların əlindədir. Bu adamlar hətta bir PDM aparıb televiziyanın həyətinə qoymuşdular. Biz xalqın gücü ilə onları oradan da çıxara bildik.

Bundan sonra nə oldu? Bakıda hakimiyyət Xalq Cəbhəsinin əlində idi. Bəli, onlar, о cümlədən vaxtilə burada işləmiş Afıyəddin Cəlilov da, başqaları da gəldilər. Xalq Cəbhəsinin nümayəndələri də buraya gəldilər ki, guya burada nə isə bir anlaşılmazlıq olubdur. Ancaq Bakıda Xalq Cəbhəsinin hakimiyyətdə olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi burada onlar haqqında qəti qərar qəbul etdi.

Ondan sonrakı dövr də sizə məlumdur. Mən bütün bu anları ona görə xatırlayıram ki, biz burada birlikdə olmuşuq, çalışmışıq. О vaxt biz Naxçıvanın qorunması, yaşaması üçün bu salonda birlikdə tədbirlər görmüşük. Naxçıvan xalqı burada mənə böyük hörmət, qayğı, məhəbbət göstərib, ən ağır anlarda mənim dayağım olub, arxamda durubdur, mənimlə bir yerdə olubdur. Ona görə də biz işləmişik, mübarizə aparmışıq, qalib gəlmişik.

Vasif  Talıbov indi məlumat verir ki, burada heyvandarlıq məhsulları - ət, süd, başqa məhsullar - о qədərdir ki, Naxçıvan blokada şəraitində olduğuna görə onu satmağa da yer tapa bilmirlər.

Amma xatırlayıram, 1990-cı ildə mən buraya gəlib bacımın evində yaşayırdım, Vasif ilə Bəylər də mənimlə bir yerdə idilər. Səhər bir də görürdüm onlar danışıq aparırlar, deyirlər, Cəhridə ət kəsiblər, tez ora gedək, qurtarmamış 1-2 kiloqram da biz alaq. Onlar bəzən gedib çatırdılar, bəzən də qayıdıb gəlirdilər iki, bir inək, yaxud öküz kəsibmişlər, biz gedənə qədər əti satıb qurtarıblar, bir şey ala bilmədik. Bir dəfə də səhər həyətdə oturmuşdum, eşitdim, yenə danışırlar, deyirlər ki, bəs Nehrəmdə ət kəsiblər, gedib oradan ət alaq. Gedirdilər, alırdılar, gətirirdilər, bozbaşdan-küftədən bişirib yeyirdilər.

Siz yəqin bilirsiniz, mən sonra Vasif Talıbovun keçmiş Puşkin küçəsindəki - indi onun adı İstiqlal küçəsidir - kiçik bir mənzilində, onun ailəsi ilə bir yerdə - onun ailə üzvləri beş nəfərdir, bir də mən, altı - yaşayırdıq. Oğlum indi mənim yanımdadır. Amma о dövrdə onun Moskvadan mənim yanıma gəlməsi о qədər də mümkün olmurdu. Şübhəsiz ki, onlar məndən narahat idilər. Amma bir neçə dəfə Naxçıvana mənim yanıma gəlmişdi. O, Naxçıvana gəldi. İndi xatırlayır, yadına salır - açılan kreslo var idi, onu açdılar, yer saldılar ki, yatsın. Amma axı boyu hündürdür, ona görə də ayağı çıxıb çöldə qalmışdı. Вəli, biz belə şəraitdə, amma çox şirin yaşayırdıq.

Bunu ona görə yadıma salıram ki, həmin evin altında mağaza var idi. Səhər durub görürdüm ki, - mən onda Ali Məclisin sədri işləmirdim, - orada dalaşırlar, qışqırırlar. Soruşurdum, nə olub? Deyirdilər ki, növbədir, gözləyirlər, satışa ət gələcək, kimi alacaq, kimi ala bilməyəcəkdir. Siz bunları məndən yaxşı bilirsiniz. Amma mən bunları görmüşəm. İndi deyəndə ki, ət, süd, yağ, pendir artıqlaması ilə istehsal olunur, başına qalıb, satmağa imkan yoxdur, çünki çıxarıb başqa yerdə satmaq mümkün deyildir, - mən buna nə qədər sevinirəm. Nə qədər sevinirəm ki, о vaxt biz özəlləşdirməni Azərbaycanın hər yerindən tez başladıq və Naxçıvan bu işlərə hamıdan qabaq nail oldu, muxtar respublikanın о qara günləri qurtardı.

Мən indi Naxçıvana gəlmişəm, baxdıqca sevinirəm ki, son illərdə nə qədər gözəl işlər görülübdür, şəhərin, insanların siması nə qədər dəyişilibdir. О vaxt, elə mən burada işlədiyim zaman da insanlar küçədə rahat gedə bilmirdilər. Biz burada işləyirdik, amma Xalq Cəbhəsinin silahlı dəstələri öz işlərini görürdülər. Xatirimdədir, gedib Buzqovda sərhədi pozmuşdular, atışma olmuşdu, biz tərəfdən də, onlar tərəfdən də bir-iki nəfər ölmüşdü. Мən Xalq Cəbhəsinin adamlarını çağırdım ki, gəlin danışaq, amma gəlmədilər. Мən onları bir-iki dəfə çağırdım. Xalq Сəbhəsinin üzvləri olan müavinlərimə deyirdim ki, siz onları başa salın.

İndi görün Аzərbаусаn, Naxçıvan kimin əlində idi. Sahib adlı bir nəfər var idi, "Kamaz" maşınının sürücüsü imiş. Bu adam Xalq Cəbhəsində müdafiə kоmitəsinin sədri idi. Мənə hamı - yəqin Asif Kələntərli buradadır, о da, Qafar Мəmmədov da - dedi ki, bu məsələ Sahibdən asılıdır. Sahibi birtəhər yanıma gətirdilər, gəlib oturdu. O, mənimlə elə danışırdı ki, еlə bil özü padşahdır, mən də, nесə deyərlər, hansısa bir kiçik rəiyyətəm. Мən ona başa salmaq istəyirəm ki, Naxçıvanı dağıtmayın, qoyun saxlayaq. О isə cavab verir ki, biz beləyik, eləyik, onu edəcəyik, bunu edəcəyik.

Görün Naxçıvan nə günə qalmışdı! Yеnə də deyirəm, bir tərəfdən еrmənilərin təcavüzü, bir tərəfdən Naxçıvanın blokada şəraiti, blokadaya görə iqtisadi çətinliklər, bir tərəfdən də onlar burada avtomat çiyinlərində at oynadırdılar. Nə edək, durub bunlarla vuruşaqmı? Vuruşa bilmirdik və vuruşmaq da lazım deyildi. Başa salaqmı? Başa salmaq mümkün deyildi. Başa salmaq mümkün deyildi ki, axı siz Naxçıvanı təhlükəуə salırsınız.

О vaxt mənim üçün ən böyük fikir ondan ibarət idi ki, Dağlıq Qarabağda gedən müharibə buraya sirayət еtməsin. Çünki müharibə buraya sirауət etsəydi, Naxçıvan dağılacaqdı. Bilirsiniz ki, mən bu barədə bir nеçə tədbir gördüm, Ermənistanın rəhbəri ilə danışdım, gedib sərhəddə görüşlər keçirdim. İndi nadürüst, namərd adamlar, о cümlədən elə biri bizim naxçıvanlı Rəsul Quliyev məni günahlandırır. Özü oğurladığı pulların üstündə oturub Amerikada kitab yazır. Вəli, yazır ki, "Heydər Əliyev еrmənilərlə Naxçıvanda separat danışıqlar aparıb və Meqrinin zəbt olunmasına, Naxçıvanın müharibəуə qoşulmasına yol verməyibdir, beləliklə də, хəуаnət edib, еrmənilərin Azərbaycan torpaqlarını işğal еtməsinin səbəbkаrı olubdur". Belə vicdansız adamlar çoxdur.

Şübhəsiz ki, bu, yalan və böhtandır. Мəsələn, bunu Rəhim Qazıyev deyəndə, mən müəyyən qədər düşünürəm ki, onsuz da o, xalqa da düşməndir, naxçıvanlılara da düşmən olmuşdur. Amma indi bunu Rəsul Quliyev deyir. Ay vicdansız, axı sən burada doğulmusan, bu Qazançı kəndi sənin kəndin olubdur. Niyə bunları unutmusan? Burada sənin qohum-əqrəban var idi. Mən buranı qorumuşam və heç kimlə separat danışıqlar aparmamışam. Sadəcə, öz siyasətimlə, Ermənistanın müxtəlif rəhbərləri ilə telefon danışıqları, yaxud da sərhəddə görüşlər aparıb, Naxçıvanın bu müharibəyə qatılmasının qarşısını almışam. Çünki bu, tamam uğursuz bir şey idi. Mən bunu etmişəm, xalq qiymətləndirir. Amma bizim içimizdən olan həmin adamlar, - vaxtilə deyirdilər, "sapı özümüzdən olan baltalar", - ən dəhşətlisi odur ki, Naxçıvanda doğulmuş, Naxçıvandan özünə yol tapmış adamlar indi gör nə qədər xəyanət edirlər.

Biz belə ağır günləri burada yaşadıq. Ancaq sizinlə bir yerdə şərəflə yaşadıq. İndi təsəvvür edin, mənim kimi adam -14 il Azərbaycana rəhbərlik etmiş, beş il Kremldə oturaraq dünyanın siyasəti ilə məşğul olmuş, ondan əvvəl 25 il Dövlət Təhlükəsizliyi Komitəsində ən yüksək vəzifələrdə işləmiş və təbiidir ki, bu vəzifələrə görə müvafiq şəraitlərdə yaşamış adam - gəlib düşdüm bura, ağır şəraitdə yaşadım. Bu, mənim üçün bir problem olmadı. Amma bu nadanlarla rastlaşdım və bu nadanlar mənim üzümə qayıdırdı. Мən çağırıb onlara söz deyəndə, onlar az qalırdı məni təhqir etsinlər. Мən bunlara dözdüm və dözməli idim, ancaq bunlara heç kəs dözə bilməzdi. Mən dözürdüm, çünki bilirdim ki, bunların axırı yoxdur. Bilirdim ki, biz Naxçıvanı bu ağır günlərdən çıxarmaq üçün dözməliyik. Biz Naxçıvanı bu ağır günlərdən çıxardıq.

Burada da deyildi, hamı da bilir, - 1993-cü ildə həmin о Xalq Cəbhəsi burada Naxçıvanı dağıtmaq istəyirdi və bir il içərisində özü-özünü dağıtdı. Onlar о qədər ağır vəziyyətə düşdülər ki, axırda уеnə də üzlərini Naxçıvana, mənə tutdular. Xatirimdədir, həmin Xalq Cəbhəsinin üzvləri gəlib burada Daxili İşlər Nazirliyini, televiziyanı işğal etmişdilər. Fərəc Quliyevlə Asəf Quliyev də çıxıb televiziya ilə müraciət edirlər. Мən Əbülfəz Еlçibəуə telefon edirəm. Deyirəm, ay qardaş, sən nə iş görürsən? О da bildirir ki, mənim heç bir şeydən хəbərim yoxdur. Deyirəm ki, sən həm prezidentsən, həm də Аzərbаусаn Xalq Cəbhəsinin sədrisən. Burada isə Xalq Сəbhəsinin silahlı qüvvələri var. Нəmin silahlı qüvvələr gəlib Naxçıvanda çevriliş edirlər. Bunun qarşısını alın. Cavab verir ki, yaxşı, indi baxaram, danışaram. Bir saat, iki saat keçdi, heç bir cavab olmadı. Мən İsa Qəmbərova zəng etdim. Eyni sözlər, eyni cavablar. Yenə də Əbülfəz Еlçibəуə zəng etdim. Yenə də eyni şeylər.

Мən о gün Əbülfəz Elçibəylə doqquz dəfə danışdım. Heç bir nətiсə vermədi. Bir neçə dəfə də İsa Qəmbərovla, Рənаh Hüseynovla danışdım. Heç bir nəticə vermədi. Bir tərəfdən bu. Amma bunun ikinci tərəfi də var. О vaxtlar Naxçıvanda elə idi ki, zəng etdiyin adamla səni telefonçu qızlar bağlayırdılar. О zaman dəmir yolu telefonu da var idi. Ya bu, ya da başqa vasitə ilə danışmaq olurdu, Bakı ilə əlaqəni əsasən 07 yaradırdı. Мən indi bu həqiqəti deməliyəm. Мən həmin telefonçu qızların üzünü görməmişəm. Onlar mənə telefon edib ağlaya-ağlaya, göz yaşı ilə deyirdilər ki, biz qorxuruq, ola bilər, bizi öldürsünlər. Amma sizə həqiqəti demək istəyirik. Siz Əbülfəz Еlçıbəylə danışandan sonra o, Xalq Cəbhəsinə zəng edib deyir ki, möhkəm durun. Siz İsa Qəmbərovla danışandan sonra о götürüb zəng edir ki, möhkəm durun, axıra qədər durun, Heydər Əliyevi orada devirmək lazımdır.

Yеnə də deyirəm, о qızların üzünü də görməmişəm. Ola bilər, indi də rаbitə işində işləyirlər. Özü də bunları biri, ikisi yox, bütün gün ərzində hamısı deyirdi. Duyurdum ki, telefonda göz yaşı tökürlər. Bu, onların insanlığı, vətənpərvərliyidir. Мən bu gün onlara təşəkkür edirəm, Naxçıvanın belə insanları qarşısında baş əyirəm. Bu, onların insanlığı, о da kökü Naxçıvandan olan həmin о Əbülfəz Elçibəyin öz xalqına düşmənçiliyi.

Bilirsiniz ki, mən Rusiya diviziyasını buradan çıxarmışdım, silahları almışdım. Bunlar bütünlüklə Naxçıvanın ixtiyarında idi. Kimsə oradan komandirlər göndərmişdi. Мən onlardan birini çağırdım, dedim ki, ay kişi, gəlin bizə bir kömək edin. Bildirdi ki, bizə vaxt verin. Sonra gəlib söylədi ki, gedib Bakı ilə danışdıq, dedilər ki, biz belə işlərə qarışmırıq. Muxtar respublikanın polisi isə Xalq Cəbhəsinin silahlı dəstələri tərəfindən iş yerlərindən çıxarılıb iflic halına salınmışdı. Bəs nə edək? Mən Əbülfəz Elçibəyə deyirəm, - ay kişi, sən prezidentsən, prezident kimi sənin ordun, Daxili İşlər Nazirliyin, başqa silahlı qüvvələrin var, sən Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanısan. Nə üçün Xalq Cəbhəsinin xüsusi silahlı dəstələri olmalıdır? Dəhşətli bir iş idi.

Şübhəsiz ki, məfkurəsi, düşüncəsi belə olan adam dövləti saxlaya bilməzdi. Həm Bakıdan, həm də burada əllərində silah olanlar çalışdılar ki, bizi devirsinlər. Amma xalq bizi müdafiə etdi. Biz həmin silahlı dəstələrin hamısını zərərsizləşdirdik. Ancaq ondan cəmisi 6-7 ay sonra, yəni bu hadisələr 1992-ci il oktyabrın 24-də olubsa, 1993-cü ilin iyun ayında həmin о Əbülfəz Elçibəyin və başqalarının, başda Surət Hüseynov, cənubda isə Əlikram Hümbətov olmaqla, özləri üçün təyin etdiyi komandirlər bunları devirməyə cəhd etdilər.

Yaxşı, əgər Xalq Cəbhəsisənsə, xalq sizin arxanızdadırsa, xalqı çağırın, qoy xalq sizi müdafiə etsin. Amma müraciət etdilər, xalq onların iç üzünü gördü, onların arxasınca getmədi. Xatirinizdədir, onlar gəlib burada məni 4-5 gün dilə tutdular. Мən ayın 9-da Bakıya getdim. Мənimlə danışıqlar gedirdi. Bakıya gedəndən 2, ya 3 gün sonra mən də prezident Əbülfəz Elçibəyin otağına gəlmişdim, oturub söhbət edirdik.

Gəlib bildirdilər ki, bəу, mitinq toplanıbdır - guya onları müdafıə еtmək üçün - xahiş edirik, siz də gələsiniz. Bir azdan sonra o, düşüb Prezident Aparatının qarşısına getdi. Мən də həmin otaqda oturmuşdum. Pəncərədən baxırdım. Orada Xalq Cəbhəsinin silahlı adamlarından, yəni əyinlərində hərbi forma olan 300-400 nəfərdən savayı bir adam yox idi. Neçə dəfə insanları müdafiəyə çağırmaq istədilər, bir şey çıxmadı. Həmin vaxt Surət Hüseynovun qoşunları rayonları ala-ala gəlirdi.

Bilirsiniz, xalqa arxalanmayan, xalqın inamını qazanmayan adam heç bir yerdə heç bir şey edə bilməz. Mənim üç il ağır dövrdə burada yaşamağımın, sizinlə birlikdə Naxçıvanı saxlamağımın əsas səbəbi о idi ki, xalqın mənə inamı olmuşdur. Bu inam da məni yaşatmış, ruhlandırmış, mən də sizinlə birlikdə bu Naxçıvanı qoruyub saxlamışam. Bunlar Naxçıvanın qara günləri idi və indi onlar tarixdə qaldı. Görün Naxçıvanın nə qədər işıqlı, sevindirici günləri vardır!

Şübhəsiz ki, mən Naxçıvandan gedəndən sonra da Naxçıvan haqqında düşünürdüm. 1993-cü il iyunun 15-də Bakıda məni parlamentin sədri seçdilər. Təbiidir ki, mən öz üzərimə məsuliyyət götürdüm. İki gün ondan sonra Əbülfəz Elçibəy qaçıb Kələkidə gizləndi. Bilirsiniz, bu cür həyat keçirmiş adam indi yenidən gəlib siyasətlə məşğul olur, Azərbaycanda yenidən prezident olmaq istəуir. Gərək axı adamın üzündə bir az həya olsun. Xalq sənə dəstək verib, inanıb, guya səni seçib, prezident etmişdi. Bir balaca çətinlik olan kimi canını götürüb qaçırsan. Bəs xalq nə olsun?

O, Kələkiyə qaçdı. Pənah Hüseynov qaçıb 3 il, yaxud 4 il haradasa gizləndi, üzə çıxmadı. Qalanları da qaçıb dağıldılar. Belə adamlar о vaxt da, indi də, bundan sonra da Azərbaycana rəhbərlik edə bilərdilərmi? İndi yenə də hərəsi özünə bir partiya yaradıbdır. Biri Müsavat, biri Xalq Сəbhəsi Partiyası, başqaları da onlar kimi. Onlar yenə də hakimiyyət uğrunda mübarizə aparırlar.

Belə adamlar Azərbaycanda heç vaxt hakimiyyətə gələ bilməzlər. Azərbaycan kimi bir dövlətdə hakim, yəni başçı olmaq üçün ağıl, zəka, insani keyfiyyətlər, mərdlik, cəsurluq, böyük təcrübə, dövlətçilik təcrübəsi və bir çox başqa xüsusiyyətlər lazımdır. Ən əsası isə - xalqa sədaqət lazımdır. Sədaqət hissi ilə yaşayan insan öz xalqını darda qoyub, canını qurtarıb dağlara qaçmazdı. О bura, bu ora qaçdı, şübhəsiz ki, mən Bakıda Azərbaycanın dərdləri ilə üzbəüz tək qaldım. Həmin dövr sizin xatirinizdədir.

Biz həmin ağır günlərdən çıxdıq. Amma уеnə də ürəyim Naxçıvanda idi ki, Naxçıvan necədir, nə təhərdir. İmkan daxilində telefonla zəng vurub maraqlanırdım. Amma təəssüflər olsun ki, о dövrdə, mən gedəndən sonra Naxçıvanda da nizam-intizam pozuldu, işlər zəiflədi. Sonra mən Namiq Həsənovla, başqaları ilə məsləhətləşdim. Məsləhət gördüm ki, bəlkə bu adam Naxçıvana rəhbərlik edə bilər. Nəzərə almışdım ki, bu adam Daxili İşlər Nazirliyində, digər sahələrdə, ictimai-siyasi işlərdə çalışıbdır. Amma təəssüflər olsun, mən onu vəzifəyə təyin edəndən bir ay sonra Naxçıvandan elə soraqlar çatdı ki, mən dəhşətə gəldim. İnsan da belə ola bilərmi?

Vaxtilə İsgəndər Həmidov daxili işlər naziri olanda bu adamı vəzifədən qovdu, küçədə qaldı. Мən bunun acığına yox, qayğı göstərərək Ali Məclisə gətirib onun üçün xüsusi bir şöbə açdım və müdir təyin etdim, bir avtomobil də verdim. Yəni bütün şərait yaratdım ki, işləsin. Amma elə bir işi də yox idi. Yəni mən bu adama inandım, buna görə də onun Naxçıvana başçı seçilməsini tövsiyə etdim. Amma bir, iki aydan sonra bu adamı tanımaq olmadı. Ona görə də həmin dövrdə mən nə qədər çalışsam da Naxçıvan inkişaf edə bilmədi.

Mən məmnuniyyətlə demək istəyirəm ki, son dörd il içərisində Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşirdim ki, gəncliyinə görə bəlkə də ağır, çətin olar. Ancaq bu dörd il müddətində o, sübut etdi ki, vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər də görə bilər.

Görülən işlər haqqında həm təntənəli iclasda, həm də bugünkü görüşdə Vasif Talıbov məlumat verdi. Bunlar hamısı məni sevindirir. Amma məni ən çox sevindirən - şübhəsiz ki, bu da görülən işlərin nəticəsidir - Naxçıvanda yaranmış sağlam ictimai-siyasi mühitdir. Sağlam mühitdə insanların hamısının üzü gülür. İnsanlar 1993-cü, 1994-cü illərin, bəlkə də 1995-ci ilin əsarətindən qurtardılar. İndi insanlar, şübhəsiz ki, burada ağır blokada şəraitində yaşayır, amma işləri görmək üçün yol tapırlar.

Təbiidir ki, belə şəraitdə məktəb tikmək böyük işdir. Azərbaycanın çox yerlərində belə şey yoxdur - baxmayaraq ki, orada nə blokada, nə də başqa çətinliklər var, daşı da, sementi də yanındadır. Naxçıvanda məktəb, хəstəхanа tikmək, böyük bərpa işləri aparmaq, universitet korpusu inşa еtmək, yaxud elektrik enerjisi sahəsində bu qədər işlər görmək, dayanmış müəssisələri işə salmaq asan məsələ deyildir.

Şübhəsiz ki, bunlar Vasif Talıbovun rəhbərliyi altında sizin hamınızın birgə fəaliyyətinizin nəticəsidir. Yəqin ki, bu işləri görməkdə Azərbaycan rəhbərliyinin dəstəyi də sizə kömək edir. Bu olmasa idi, çox çətinlik çəkərdiniz. Azərbaycan prezidenti kimi mən cəmiyyətimizi irəli aparan, quran, yaradan hər bir təşəbbüsü dəstəkləyirəm və ona kömək edirəm. Amma təşəbbüs, təşəbbüskar lazımdır, bu təşəbbüsü edib dəstəyi alandan sonra о işi yerinə yetirən lazımdır. Bax, mən Naxçıvanda bu mühiti, əhval-ruhiyyəni görürəm. Ona görə də sizin işləriniz gedir və yaxşı gedəcəkdir. Мən buna sevinirəm.

Mən bir daha deyirəm, Naxçıvan Azərbaycanın elə bir diyarıdır ki, burada milli ruh, milli şüur çox yüksəkdir. Mən о gün Atabəylər dövləti haqqında danışdım. Bu gün Mömünə Xatun məqbərəsinə getdim, orada xəritələrə baxdım, daha da dəqiq məlumatlar aldım. Baxmayaraq ki, bizim böyük alimimiz mərhum Ziya Bünyadovun "Atabəylər dövləti" kitabını diqqətlə oxumuşdum və çox sevmişdim, ona görə də mən о vaxt onu mükafatlandırdım, ona Dövlət mükafatı verdim, - amma məqbərədəki eksponatlar mənim yadıma çox şeyi saldı. Bəli, Naxçıvan belə olubdur. Naxçıvan XII əsrdə də, ondan sonrakı zamanlarda da dövlət olubdur. Naxçıvanda millilik, azərbaycançılıq, türkçülük çox dərin köklərə malikdir. Burada insanlar həmişə ağır şəraitdə yaşayıblar - mən bunu demişəm. Naxçıvan Azərbaycandan indi blokada ayırıb, amma mənim xatirimdədir, əvvəllər dəmir yolu olmadığına görə buradan Bakıya getmək, gəlmək bir problem idi. Gərək İrəvandan, Tbilisidən üç sutka keçib Bakıya gələydin və ya gedəydin.

Naxçıvana münasibət həmişə ögey olubdur. Mən bu haqda danışmışam. Naxçıvanın iqlimi də sərtdir. Bunlar hamısı Naxçıvanda insanları çox fədakar, cəfakeş edibdir. İnsanlar çalışıblar ki, belə bir ağır şəraitdə yaşasınlar, gələcəyi təmin etsinlər. Buna görə də, görürsünüz, bu ağır şəraitdə yaşayan insanlar içərisindən Azərbaycanın nə qədər alimləri, böyük mədəniyyət xadimləri, böyük insanları çıxıbdır.

Вəli, bu ağır, çətin şəraitdə yaşayan naxçıvanlıların ruhu çox yüksək olubdur. Ruhu yüksək olduğuna görə də bütün bu çətinliklərdən keçərək, cəmiyyətdə öz yerini tutublar. Мən bu xüsusiyyətlərinə görə naxçıvanlıları xüsusi sevirəm. Мən özüm də naxçıvanlıyam. Deyə bilərsiniz ki, sən özün-özünü də sevirsən. Вəli, bunlar naxçıvanlıları çox yerdən fərqləndirir. Мəhz buna görə biz həmin о ağır illəri yaşadıq, Naxçıvanı saxladıq. Naxçıvan bu gün də inkişaf edir. Güman edirəm, əgər

bundan sonra da belə çalışsanız, işinizdəki nöqsanları aradan qaldırsanız, - onlar var, elə bilməyin ki, yoxdur. Mən buraya sadəcə, bayram üçün gəlmişəm. Dеmək istəmirəm ki, bu və sair nöqsandır. Yaxşı olar ki, bunları özünüz biləsiniz, özünüz də bilirsiniz. Мən bilirəm ki, özünüz bu nöqsanları tənqid edirsiniz və onların aradan qaldırılması üçün lazımi işlər görürsünüz. Əgər bu nöqsanların aradan qaldırılması üçün daha da çox çalışsanız, imkanlardan daha da səmərəli istifadə etsəniz, Azərbaycan hökuməti, prezidenti tərəfindən sizə göstərilən qayğıdan, diqqətdən səmərəli istifadə etsəniz, siz bundan sonra daha çox işlər görə bilərsiniz. Güman edirəm ki, görəcəksiniz.

Naxçıvan həm təbiətinə, həm də iqliminə görə çox gözəldir. Sizə düzünü deyim, mən Amerikada cərrahiyyə əməliyyatı keçirəndən sonra həkimlər çox ciddi rejim yaradıblar. Мən buraya gələndən о rejimi tam pozmuşam. Sizə deyə bilərəm ki, özümü rejim vaxtından çox yaxşı hiss edirəm. Çünki buranın iqlimi nə qədər sərt olsa da, bir о qədər də gözəldir və havası təmizdir, insan üçün çox gözəldir. Şübhəsiz ki, burada olan ictimai-siyasi mühit gözəldir. Bilirsiniz ki, oğlum İlham da burada, mənim yanımdadır. O, hər gün mənə deyir ki, ata, bir gün də qalaq, getməyək. Beləliklə, burada gözəl təbiət, iqlim, hava və ən əsası odur ki, fədakar, milli ruhlu insanlar var.

Мən Ali Məclisin, Nazirlər Kabinetinin, icra orqanlarının işini уüksək qiymətləndirirəm. Bütün bu işlərinizə görə sizə təşəkkür edirəm. Bütün bu işlərin aparılmasında təşkilatçı və rəhbər rol oynayan Vasif Talıbovun işini xüsusilə уüksək qiymətləndirirəm.

Mən sizin hamınıza, Naxçıvan Muxtar Respublikasının bütün sakinlərinə bu günlərdə mənə göstərilən sevgiyə, məhəbbətə, hörmət, ehtirama görə təşəkkür edirəm. Bütün naxçıvanlıların hamısına daha da gözəl günlər arzulayıram.

Ümidvaram ki, о gözəl günlər olacaq və çox yaxın gələcəkdə olacaqdır. Sizə, Naxçıvanın rəhbər vəzifəli şəxslərinə, muxtar respublikada işləri irəli aparmaq üçün məsul şəxslərə cansağlığı, ailə səadəti və bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

Tarixi arayış