Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Mozambik Respublikasının Prezidenti zati-aliləri cənab Joakim Albertu Çissanoya təbriki - Bakı şəhəri, 21 iyun 2001-ci il


Hörmətli cənab Prezident!

Mozambik Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Mozambik xalqını səmimi- qəlbdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızın mənafeyinə xidmət edən qarşılıqlı əlaqələrimiz daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış