Slovakiya Respublikasının Prezidenti zati-aliləri cənab Rudolf Şusterə - Bakı şəhəri, 28 avqust 2001-ci il


Hörmətli cənab prezident!

Slovakiya Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və dost Slovakiya xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Slovakiya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm can-sağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 1 sentyabr 2001-ci il.

Tarixi arayış