Almaniya Federativ Respublikasınin Kansleri zati-aliləri cənab Gerhard Şröderə - Bakı şəhəri, 25 sentyabr 2002-ci il


Hörmətli cənab Kansler!

Başçılıq etdiyiniz partiyanın parlament seçkilərində qazandığı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu qələbə xalqınızın Sizə inam və etimadının bariz nümunəsidir. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa