Portuqaliya Respublikasının prezidenti zati-aliləri cənab Jorji Sampayyuya - Bakı şəhəri, 2 iyun 2003-cü il


Hörmətli cənab prezident!

Portuqaliya Respublikasının milli bayramı - Portuqaliya günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 10 iyun 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa