Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Süleyman Dəmirələ - Bakı şəhəri, 4 oktyabr 1999-cu il


Hörmətli cənab prezident!

Əziz dostum və qardaşım!

"Əsrin müqaviləsi"nin beşinci ildönümü münasibətilə səmimi təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarının birgə işlənilməsində və nəqlində Türkiyənin iştirakına böyük əhəmiyyət verirəm. Enerji ehtiyatlarımızın dünya bazarlarına çatdırılması üçün Bakı-Ceyhan əsas boru neft kəməri layihəsinin həyata keçirilməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirirəm.

Əminəm ki, xalqlarımızın və ölkələrimizin mənafeləri naminə qarşılıqlı surətdə faydalı əməkdaşlığımız bundan sonar da daim genişlənəcək və inkişaf edəcəkdir.

Qardaş Türkiyənin məruz qaldığı zəlzələ ilə əlaqədar bir daha dərdinizə şərik çıxdığımı bildirir və fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.