Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Təbriz şəhərinin valisi Yəhya Məhəmmədzadə ilə görüşdəki söhbətindən - Tehran, 11 dekabr 1997-ci il


Yəhya Məhəmmədzadə: Hörmətli Azərbaycan prezidenti, görkəmli dövlət xadimi cənab Heydər Əliyev! Azərbaycan ilə İran arasında əlaqələrin durmadan inkişaf etdirilməsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Cənab Məhəmmədzadə, səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Təbrizlilərin Azərbaycana, Naxçıvana göstərdiyi humanitar yardıma görə razılığımı bildirirəm. Güman edirəm ki, Azərbaycan ilə İran arasındakı əlaqələrin inkişaf etdirilməsinə yaxından kömək göstərəcəksiniz.

Yəhya Məhəmmədzadə: Humanitar yardımı bundan sonra da davam etdirəcəyik. Bildirirəm ki, Təbrizin nümayəndə heyəti Azərbaycana səfər edəcəkdir.

Heydər Əliyev: Azərbaycanlı qaçqınlara göstərilən humanitar yardıma görə bir daha təşəkkür edirəm. Mən Sizi Azərbaycana səfərə dəvət edirəm. Xahiş edirəm, məndən bütün təbrizlilərə salam söyləyin.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya