Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Jak Şiraka təşəkkürü - Bakı şəhəri, 13 iyul 1998-ci il


Möhtərəm cənab prezident, əziz dost!

Fransa Xarici İşlər Nazirliyinin və Paris şəhəri bələdiyyəsinin yardımı ilə 1998-ci ilin 3 iyun tarixində Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun yaşadığı (Dekamp küçəsi, 37) binanın divarına xatirə lövhəsinin vurulması xəbəri məni sevindirdi.

Ölkəniz tərəfindən atılmış bu addım bizim dövlətimiz üçün həqiqətən böyük əhəmiyyət kəsb edir və xalqlarımız arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Fürsətdən istifadə edərək Sizə və Fransa xalqına can-sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa