Azərbaycan Prezidenti Heydər Əliyevin Kocaeli bölgəsinin "Kösəköy" hava limanin da jurnalistlər qarşısında bəyanatı - 1 noyabr 1999-cu il


Əziz dostum, qardaşım, cümhur başqanı Süleyman Dəmirəl!

Hörmətli mətbuat nümayəndələri!

Mən dünən İstanbula enmişəm, bu gün də buraya, Kocaeliyə gəlmişəm. Mənim dostum, qardaşım, cümhur başqanı Süleyman Dəmirəlin dəvəti ilə. Amma buraya gəlməyimin iki səbəbi vardır.

Birinci, mənim arzum, istəyim olubdur ki, bu gün qardaşım, əziz dostum, Azərbaycan xalqının böyük dostu, hörmətli Süleyman Dəmirəlin doğum günü - 75 yaşı tamam olan gün onun yanında olum, onu təbrik edim, onunla bəгаbəг olum və sevincimi bölüşdürüm. Eyni zamanda mən bu gəlişimlə istədim ki, zəlzələ bölgəsində olum və burada görülən işlərlə tanış olum, bugünkü vəziyyətlə tanış olum. Hörmətli dostum, əziz qardaşım Süleyman Dəmirəl başqa bir mərasim də yapıbdır, orada da iştirak edəcəyik.

Ona görə də mən indi burada, Kocaelidəyəm, zəlzələnin ən şiddətli, ən dəhşətli yerindəyəm. Biz Azərbaycan olaraq, Azərbaycan xalqı, Azərbaycan dövləti zəlzələ olan kimi Türkiyəyə əlimizdən gələn yardımı etdik, Türkiyəyə nə mümkün idi - bunu etdik və mən məmnunam ki, bizim bu yardımımızdan Türkiyə cəmiyyəti, xalqı, vətəndaşları və əziz dostum, cümhur başqanı Süleyman Dəmirəl məmnun olmuşlar.

Xüsusən indi mən hərbi vertolyotla gələrkən neftayırma zavoduna baxırdım. Çox böyük zavoddur. Azərbaycanda da bunlardan vardır. Zavodda yanğının söndürülməsində Azərbaycan vətəndaşlarının, yanğınsöndürənlərin xidmətlərini о vaxt sizin mətbuat da, hamı da yüksək qiymətləndirdi. Mən məmnunam ki, bunu da gördüm. İndi buraya gəlmişik. Bizim burada bir neçə ziyarətimiz vardır. Ancaq bu gün mənim üçün çox əziz gündür. Bu gün mənim dostum, qardaşım, Azərbaycan xalqınm böyük dostu, Türkiyə Cümhuriyyətinin prezidenti, cümhur başqanı, türk dünyasının lideri, türk xalqının ən böyük oğlu, təkcə Türkiyə xalqının yox, bötün türk xalqlarının ən böyük oğlu Süleyman Dəmirəlin 75 yaşı tamam olur. Mən çox şadam, çox sevinc içindəyəm ki, bu gün buradayam, Türkiyə torpağındayam, qardaşım, dostum Süleyman Dəmirəlin yanındayam və onu şəxsən təbrik etmək imkanına malik olmuşam.

Əziz qardaşım, siz burada mətbuat nümayəndələrinə bir neçə dəyərli söz dediniz, onlara tövsiyələrinizi verdiniz. Hansı yaşa gələcəksiniz - yaşayın. Allah hamıya sizin kimi xoşbəxt həyat bəxş etsin! Allah hamıya sizin kimi çox mənalı həyat bəxş etsin! Çünki 75 il yaşamaq, bəlkə də 100 il yaşamaq, təkcə yaşamaq elə bir böyük iş deyildir. İnsan doğulanda onun nə qədər yaşayacağı alnında yazılır. Ancaq bu 75 ilin 50 ilini siyasətdə, dövlət işində, xalqa xidmətdə keçirən Süleyman Dəmirəl xoşbəxt bir insandır. Ona görə də mən arzu edirəm ki, hamı sizin kimi belə bir xoşbəxt həyat yaşamış olsun.

Mən bu gün sizə uzun-uzun ömür arzulayıram. Siz bu yaşmızda çox gümrah, çox güclü, çox zəkalı və çox təcrübəli bir insansınız. Ona görə də siz Türkiyəyə lazımsınız, türk xalqlarına lazımsınız, Azərbaycana lazımsınız. Hesab edirəm ki, bizim bu sözlərimizi eşidən cənab Allah sizi qoruyacaq, saxlayacaq və siz bundan sonra gələcəkdə də bütün xalqlarımıza çox böyük faydalar verəcəksiniz. Mən sizi təbrik edirəm, sizə cansağlığı arzu edirəm. Bütün Türkiyə xalqına sevgi, məhəbbətimi bildirirəm.