Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Perviz Müşərrəfə - Bakı şəhəri, 13 mart 2002-ci il


Hörmətli cənab prezident!

Pakistan İslam Respublikasının milli bayramı - Pakistan günü münasibətilə Sizi və qardaş Pakistan xalqını təbrik edirəm. Azərbaycan ilə Pakistan arasında yaranmış möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı əlaqələrimiz xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 13 mart 2002-ci il.