Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycana rəsmi səfəri zamanı Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Binə Hava Limanında qarşılanması mərasimində bəyanatı - 27 may 1996-cı il


Biz Özbəkistan Respublikasının prezidenti, dostumuz və qardaşımız cənab İslam Kərimovu Azərbaycanda, Bakı şəhərində səmimi qəlbdən salamlayırıq. Özbəkistan Respublikası prezidentinin Azərbaycana bu ilk səfəri ölkəmizin həyatında, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikasının qarşılıqlı münasibətlərində çox mühüm hadisədir. Mən dostumuz, prezident İslam Kərimovu ürəkdən salamlayır və qəti ümidvar olduğumu bildirmək istəyirəm ki, onun Azərbaycanda olduğu müddətdə Özbəkistan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı bir çox məsələləri, Dünya Birliyində hər iki tərəfi maraqlandıran problemlərlə əlaqədar məsələləri müzakirə edə biləcəyik.

Azərbaycan xalqı Özbəkistan prezidentini mehriban qonaqpərvərliklə qəbul edir və ümidvardır ki, onun səfəri xoş və səmərəli keçəcəkdir. Sizi bir daha salamlayıram.