Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hilmi Özkök Azərbaycan Prezidenti Heydər Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik etdi, dövlətimizin başçısının səhhətini yaxşı görməkdən məmnun qaldığını söylədi. O, əmin olduğunu bildirdi ki, Prezident Heydər Əliyev tezliklə Azərbaycana qayıdaraq, həmişəki kimi fəal işə başlayacaqdır.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi oldu.