Bolqarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Georgi Pırvanova - Bakı şəhəri, 13 mart 2002-ci il


Hörmətli cənab prezident!

Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və bütün Bolqarıstan xalqını təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Bolqarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 13 mart 2002-ci il.