Bolqarıstan Respublikasının prezidenti zati-aliləri cənab Georgi Pirvanova - Bakı şəhəri, 22 fevral 2003-cü il


Hörmətli cənab prezident!

Bolqarıstan Respublikasının milli bayramı münasibətilə sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan - Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafı istiqamətində səylərimizi davam etdirməklə xalqlarımızın rifahına töhfələr verəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 2 mart 2003-cü il.