Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Zelandiya baş naziri zati-aliləri xanım Helen Klarka məktubu - Bakı şəhəri, 21 yanvar 2003-cü il


Hörmətli xanım baş nazir!

Yeni Zelandiyanın milli bayramı - Vaytanqa günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərini genişləndirmək naminə bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yeni Zelandiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 6 fevral 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış