Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığının müdafiə naziri cənab Corc Robertsona - Bakı şəhəri, 5 avqust 1999-cu il


Hörmətli cənab nazir!

Şimali Atlantika Müqaviləsi Təşkilatının Baş katibi vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizin başçılıq edəcəyiniz təşkilat bundan sonra da dünyada təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm rol oynayacaqdır.

«Sülh naminə tərəfdaşlıq» proqramının üzvü olan Azərbaycan NATO ilə əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir, Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməkdaşlığı yüksək qiymətləndirir.

Londondakı görüşümüzü məmnuniyyətlə xatırlayıram və ümidvaram ki, yeni vəzifənizdə dialoqumuz uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. 

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa