Finlandiya Respublikasının prezidenti zati-aliləri cənab xanım Tarya Halonenə - 6 dekabr 2000-ci il


Hörmətli prezident!

Finlandiya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və dost Finlandiya xalqını salamlayır və ürəkdən təbrik edir, sizə cansağlığı və səadət, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikası ilə Finlandiya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri genişlənərək ölkələrimizin və xalqlarımızın mənafeyinə, Avropada və bütün dünyada sülh və tərəqqi işinə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 7 dekabr 2000-ci il.