Zati-aliləri!
Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Dövlətin elan edilməsi günü münasibətilə Sizi və ölkəmizin qardaş xalqını səmimi qəlbdən təbrik edirəm.
Mən Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. İnanıram ki, ölkələrimizin dostluq və əməkdaşlıq əlaqələri inkişaf edib genişlənərək xalqlarımızın mənafeyinə, regionumuzda sülhə və tərəqqiyə xidmət edəcəkdir.
Fürsətdən istifadə edib Sizə cansağlığı və səadət, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti