Petru Luçinski, Moldova Respublikasının Prezidenti (1997-2001)


Açığını deyim ki, Azərbaycanda hökm sürmüş qarmaqarışıqlıqdan, toqquşmalardan, müharibədən sonra burada baş vermiş dəyişikliklər, yenidənqurma işləri ancaq Sizin kimi, çox müdrik, səbirli, cəsur insanın rəhbərliyi sayəsində mümkün olmuşdur. Bu dəyişikliklər göz qabağındadır, onlara Azərbaycan iqtisadiyyatının inkişafına dair göstəricilər də sübutdur 

Sizi bir çox illər əvvəl olduğu kimi, yenə də belə cavan görməyimə son dərəcə şadam. Bunun nümayəndə heyətimizin bütün üzvləri də qeyd edirlər. Sizdə Azərbaycanı daha da dəyişdirmək üçün hər şey etmək ovqatı görməyimə şadam və demək istəyirəm ki, Moldova Sizin ölkənizlə birlikdə olacaqdır. 

Biz Prezident Heydər Əliyevlə hələ 1970-ci ildən tanışıq. Mən buraya əvvəllər də gəlmişəm. 1970-ci ildə burada Gənclər forumu keçirilmişdi. Biz gəlib görüşdük və tanış olduq. Sonra isə, 1974-cü ildə biz Aleksey Nikolayeviç Kosıginin başçılıq etdiyi bir nümayəndə heyətində olduq. Təbii ki, xaricdə olmaq adamları yaxınlaşdırıb, doğmalaşdırır. Elə həmin il, bir neçə aydan sonra Heydər Əliyeviç Moldovaya gəldi. Bu da böyük bir toplantı idi. Biz çox ünsiyyətdə olduq. Sonra biz Moskvada işlədik. Hər yerdə də çox normal münasibətlər saxladıq. Mən bu adamın mərdliyini, ağıl - zəkasını, nizam - intizamını həmişə yüksək qiymətləndirmişəm. Əlbəttə, çox detallardan xəbərsiz idim. İndi onları ünsiyyətdə olduğumuz bu iki gündə öyrəndim. Əlbəttə, gərək böyük cəsarətə malik olasan. Doğrudur, Allah da kömək edir. Lakin haqqında danışdığım hərc - mərclik şəraitində bütün bunlara sinə gərmək, dözmək üçün böyük cəsarətin, əzmkarlığın olmalıdır.

 “Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.115.