Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın İstiqlalbayramına - Respublika Gününə həsr olunmüş təntənəli yığıncaqda nitqi - 27 may 1994-cü il, Respublika sarayı


Əziz həmvətənlər, bacılar və qardaşlar!

Hörmətli xanımlar, cənablar!

Sizi Azərbaycanın Respublika günü, İstiqlal bayramı münasibətilə təbrik edirəm, sizə dözümlülük, nikbinlik, dövlətçiliyimizin möhkəmlənməsi yollarında dönməzlik və inam, Azərbaycanın işıqlı gələcəyi naminə xoşbəxtlik və səadət arzulayıram.

1918-ci il may ayının 28-nə Azərbaycan torpağında ilk respublika - Azərbaycan Demokratik Respublikası yarandı. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. Xalqımız çox minillik tarixində dəfələrlə öz milli azadlığına nail olmuş, milli dövlətini yaratmış, lakin sonralar müxtəlif səbəblər üzündən bunlardan məhrum olmuşdur.

XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumüzun müstəqilliyi uğrunda, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular. Birinci dünya müharibəsinin bitməsi ilə əlaqədar olaraq dünyada baş vermiş dəyişikliklər, sosialist inqilabı nəticəsində Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq ucun şərait meydana gətirdi.

Belə bir şəraitdə Azərbaycanın demokratik qüvvələri, siyasi xadimləri 1918-ci il mayın 28-nə ilk Azərbaycan Demokratik Respublikasını elan etdilər. Həmin gün Azərbaycan xalqının tarixinə böyük və əlamətdar bir hadisə kimi daxil olub. Biz bu günü Respublika günü, Milli İstiqlal bayramı kimi qeyd edirik. Bu bayramı qeyd edərkən biz o zaman Azərbaycanın milli azadlığı, istiqlaliyyəti uğrunda, Azərbaycanda demokratik respublika yaranması uğrunda mübarizə aparanları, demokratik dövlətin təşkil olunmasında iştirak edənləri, onun rəhbərliyində fəaliyyət göstərənləri - Məmmədəmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Məmmədhəsən Hacınskini və başqalarını böyük minnətdarlıq hissi ilə yad edirik.

Onların parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında xidmətləri heç vaxt unudulmayacaqdır.

İlk Azərbaycan Demokratik Respublikası ağır və mürəkkəb şəraitdə fəaliyyət göstərirdi. Bir tərəfdən xarici qüvvələr, böyük dövlətlər Azərbaycanda müstəqil dövlətin yaranması ilə razılaşa bilməyərək cürbəcür vasitələrlə bu dövləti boğmağa çalışırdılar. Digər tərəfdən Rusiyada hakimiyyətə gəlmiş kommunist rejimi keçmiş Rusiya imperiyasının ərazisində öz hakimiyyətini tətbiq etmək istəyirdi. Azərbaycan ucun həmişə təhlükəli olan, torpaqlarımıza göz dikən erməni qəsbkarları, daşnaklar bu dövrdə Azərbaycana qarşı öz təcavüzkarlıq hərəkətlərini gücləndirmişdilər. Bunlarla yanaşı, Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti olduqca gərgin idi. Şübhəsiz ki, belə bir şəraitdə ilk demokratik respublikanın fəaliyyəti böyük çətinliklərlə üzləşirdi.

Ancaq bunlara baxmayaraq, həmin ağır şəraitdə Azərbaycan Demokratik Respublikası qısa bir müddətdə böyük işlər görmüş və Azərbaycanın gələcəkdə də müstəqil olması ucun mühüm zəmin yaratmışdır. Azərbaycan Respublikasının hüdudları müəyyən olunmuş, Azərbaycan dövlətçiliyinin atributları qəbul edilmişdi. Azərbaycanın gerbi və digər atributları, Azərbaycan dövlətinin bu gün bu salonda səslənən əzəmətli himni də məhz o vaxt, o şəraitdə yaranmışdır.

Dövlətçilik sahəsində bir çox işlər görülmüş, Azərbaycan dilinin - ana dilinin tətbiq olunması, mədəniyyətimizin bir çox sahələrində, təhsil sahəsində tədbirlər görülməsi, iqtisadiyyat sahəsində müəyyən addımlar atılması ilk Azərbaycan Demokratik Respublikasının fəaliyyətini əks etdirən faktlardır. Lakin vəziyyət həddindən artıq ağır və gərgin idi. Həm xaricdən olan təzyiqlər, eyni zamanda daxildəki çəkişmələr - təsəvvür edin, qısa müddətdə, yəni iki ildən də az bir dövrdə Azərbaycan Demokratik Respublikasının hökumət tərkibi beş dəfə dəyişmişdir, - bunların hamısı demokratik respublikanı xırda-xırda tənəzzulə uğratdı və nəhayət, 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Respublikası suqüt etdi.

Azərbaycan Demokratik Respublikasının başında duranlar respublika, dövlət yaratdılar və o vaxt həmin dövləti kommünistlərə təhvil verdilər. Kommünist rejimi dövrundə Azərbaycan Sovet Sosialist Respublikası yarandı. Rusiya kommünist dövlətindən asılılığına baxmayaraq,

Azərbaycan Sovet Resiublikası müəyyən qədər müstəqil dövlət kimi fəaliyyət göstərdi. O, bir sıra müstəqil addımlar atdı, bir çox dövlətlərlə müqavilələr bağladı və Azərbaycanın müstəqilliyini müəyyən qədər qorudu.

1922-ci ilin dekabrında Sovet Sosialist Respublikaları İttifaqı yarandı. Azərbaycan Respublikası bu ittifaqa daxil oldu.

Beləliklə, Azərbaycan Demokratik Resiublikasının suqütundan sonra Azərbaycan Respublikası, Azərbaycan xalqı yetmiş il kommünist rejimi şəraitində, sosialist dövlətinin tərkibində yaşamışdır. Həmin dövr Azərbaycan xalqının həyatında böyük bir tarixi dövrdur, onun doğru-düzgün qiyməti verilməlidir.

Bu dövrdə Azərbaycan xalqı kommünist rejimində, Umümittifaq sosialist dövlətinin tərkibində olduğundan, şubhəsiz ki, müstəqilliyini itirmiş, ancaq dövlətciliyini tam itirməmişdi.

Azərbaycan Respublikasının dövlətciliyinin bir çox atributları qalmış, yaşamışdı. Əsas cəhət budur ki, yetmiş il ərzində Azərbaycan xalqı böyük tarixi yol kecmiş, respublikanın iqtisadiyyatı yuksək surətlə inkişaf etmiş, xalqımızın mədəni, təhsil səviyyəsi yuksəlmiş, Azərbaycanın elmi, mədəniyyəti, həyatının butun sahələri inkişaf etmiş, respublikada böyük iqtisadi, sosial və mədəni-intellektual  potensial yaranmışdır.

Azərbaycan xalqı həmin dövrdə mövcud şəraitə uyğunlaşsa da, eyni zamanda onun qəlbində tam müstəqillik, milli azadlıq hissləri yaşamışdır. Kecmişdə olduğu kimi, bu dövrdə də həmin hisslər xalqımızı heç vaxt tərk etməmişdir. Orta əsrlərdə Azərbaycan xalqı Nizami, Xaqani, Nəsimi, Füzüli kimi dahilər yetirmiş və onlar da azallıq hissləri ilə yaşayıb-yaratmışlar. Sonrakı dövrlərlə, Azərbaycan car Rusiyasının tərkibində, onun əsarəti altında olarkən də olkənin mütəfəkkir adamları, qabaqcıl siyasi xadimləri, yazıçı və şairləri olmüşdur. Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədqülüzadə, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Üzeyir Hacıbəyov kimi şəxsiyyətlərin yaralıcılığında da milli azadlıq hissləri öz əksini tapmışdır. Yəni siyasi rejimdən, kiminsə əsarəti altında yaşamasından asılı olmayaraq, xalqımız həmişə milli azadlığa, istiqlala can atmışdır.

Yetmiş illik sosialist rejimi dövrundə də bu hisslər xalqın qəlbindən çıxmamışdır. Bəli, Nəriman Nərimanov da Azərbaycan xalqının müstəqilliyi uğrunda çalışmışdır. Cəfər Cabbarlı hələ 1918-20-ci illərdə böyük əsərlər yaradaraq, həm də sosialist sistemi dövrundə onu tərənnum edərək məhz Azərbaycanın milli azadlığı uğrunda çalışmış və xalqımızın azadlıq hisslərini ifadə etmişdir. Huseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və o dövrdə yaşamış başqa sənətkarlar da öz əsərlərində xalqımızın milli azadlıq fikirlərini əks etdirmişlər. Səməd Vurğun, Rəsul Rza, Azərbaycanın ilk Elmlər Akademiyasının birinci prezidenti Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyеv, Müstafa bəy Topcubaşov da bu dövrdə yaşamış, Azərbaycan xalqına bu dövrdə xidmət göstərmişlər. Onlar öz əsərləri, elmi fəaliyyətləri ilə Azərbaycan xalqının elm və mədəniyyətinin yuksəlməsinə çalışmış və beləliklə də xalqı gələcəyə, milli azadlığa, müstəqilliyə döğru aparmışlar.

Nəhayət, 1991-ci ilin sonunda Sovetlər İttifaqında gedən proseslərin nəticəsində və İttifaqın dağılması ilə əlaqədar, dünyada cərəyan edən ictimai-siyasi proseslərin nəticəsində Azərbaycan Respublikası tam müstəqillik qazandı və iki il yarımdır ki, müstəqil dövlət kimi mövcuddur. Bu dövr də asan mərhələ deyildir. Ancaq bu dövrun ən əlamətdar cəhəti ondan ibarətdir ki, Azərbaycan Respublikası müstəqil dövlət kimi dünya dövlətləri tərəfindən tanınmış, Birləşmiş Millətlər Təşkilatına, ATƏM-ə daxil olmüşdur, bir çox digər beynəlxalq təşkilatların üzvüdur.

Azərbaycan Respublikası sərbəst fəaliyyət göstərir və müstəqil dövlət kimi dünya birliyində tanınmışdır.

Bəzən bu dövrə nəzər salarkən 1918-1920-ci illərdə gedən prosesləri xatırlayır, həminproseslərin bir-birinə çox bənzədiyini görursən. O vaxt da bir çox xarici qüvvələr Azərbaycana təzyiq göstərirdi. O zaman da Ermənistan Azərbaycanın torpaqlarını ələ kecirmək ucun təcavüzə başlamışdı, Azərbaycan xalqı öz torpaqlarını erməni qəsbkarlarından müdafiə edirdi. Həmin dövrdə də Azərbaycanı parcalamaq istəyirdilər. Məlumdur ki, 1918-20-ci illərdə Azərbaycanın parçalanması ucun bir necə addım atılmışdı və parcalanma vəziyyəti yaranmışdı. İndi də, müstəqillik əldə edildikdən sonra bunlar təkrar olunur. Müstəqil Azərbaycan dövləti bir çox xarici qüvvələr tərəfindən təzyiq altındadır. Altı ildir ki, Azərbaycan xalqı torpaqlarımızı zəbt etmək niyyətində olan Ermənistanın hərbi təcavüzünə mərüz qalmışdır və öz ərazisini müdafiə edir.

Eyni zamanda bu müddətdə olkəmizin daxilində gedən cürbəcür ictimai-siyasi proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə deyil, əksinə, zəifləməsinə xidmət etmişdir. Daxildəki bəzi ictimai-siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, cəkişmələri, bir-birinə qarşı ədavəti və duşməncilik meylləri məhz 1918-20-ci illərdəki prosesləri yada salır. O zaman da Azərbaycan xalqı daxildə gedən və xalqa, onun müstəqilliyinə zidd olan proseslərdən çox şey itirmişdi, təəssuf ki, indi də itirir. O vaxt da Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən qüvvələr bundan istifadə etmişdi, indi də istifadə etməyə çalışırlar. Bir il əvvəl Azərbaycanda artıq vətəndaş müharibəsi baş vermişdi. Bu, hamının xatirindədir. Azərbaycan parçalanırdı. Bəzi regionlarda ayrı-ayrı hadisələr meydana çıxırdı. Xarici qüvvələrin, xususən bizim ucun ən qatı duşmən olan erməni millətcilərinin əli ilə Azərbaycanı parçalamağa çalışan qüvvələr fəaliyyət göstərirdi və Azərbaycanın başı üzərində belə böyük təhlukə yaranmışdı.

Allaha şukurlər olsun ki, bunların qarşısı alındı, Azərbaycanın parçalanmasına yol verilmədi. Olkədə gedən ziddiyyətli ictimai-siyasi proseslər müəyyən qədər dayandırıldı, Azərbaycanda sabitlik yarandı. Lakin bu o demək deyil ki, həm xarici aləmdə mövqelərimiz, həm də daxili vəziyyətimiz bu gün Azərbaycanın müstəqilliyini təmin etmək ucun tam əlverişli şərait yaradır. Bir dəfə Azərbaycanın müstəqilliyi heç də o vaxt olkəyə rəhbərlik edən şəxslərin günahı ucbatından deyil, həmin dövrdəki proseslərin nəticəsində əldən getmişdir. İndi yenə də Azərbaycanın müstəqilliyi çox təhlukə altındadır. Bunu hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir Azərbaycanlı bilməli, dərk etməli və Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması ucun səy göstərməlidir.

Butun çətinliklərə baxmayaraq, bu bayram günündə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının dövləti tutduğu yolla gedir. Dövlətciliyin qürulması və inkişaf etməsi prosesləri davam edir. Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik huqüqi cəmiyyət qürmaq yoludur. Biz bu yolla gedirik və gedəcəyik. Bizi bu yoldan heç kəs döndərə bilməyəcəkdir! Azərbaycanın daxilində demokratik cəmiyyət yaratmaq ucun, Azərbaycanı tam demokratik huqüqi dövlətə cevirmək ucun çox iş görmək lazımdır. Bu işlərin əsas prinsipləri elan edilmişdir.

Yəni Azərbaycanda demokratiya prinsipləri bərqərar olmalı, hər yerdə insan azadlığı təmin edilməli, insan haqqları qorunmalı, vicdan azadlığı, dil azadlığı təmin olunmalıdır. Dinindən, dilindəm, irqindən asılı olmayaraq Azərbaycanın butun vətəndaşları eyni huqüqlara malikdirlər və bu huqüqlar qorunmalıdır.

Dövlət bundan sonra da bu hüqüqları qoruyacaqdır. Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi pluralizm geniş yer almalıdır, hər bir vətəndaş özunu azad, sərbəst hiss etməlidir.

Siyasi pluralizm yolu, söz azadlığı Azərbaycan dövlətinin demokratik pripsiplərinin və demokratik huqüqi cəmiyyət yaradılmasının əsas şərtlərindən biridir. Biz bu prinsiplərin hamısının həyata kecirilməsini təmin edəcəyik.

İndi Azərbaycanın iqtisadiyyatı ağır bohran icərisindədir. İnsanların həyat tərzi ağırdır.

Bunların səbəbləri məlumdur. Ancaq əsas səbəblərdən biri istehsalın aşağı duşməsi, son illər iqtisadiyyatda gedən dağıdıcı proseslər və yeni iqtisadi sistemə keciddəki çətinliklərdir. Ona görə də mən bir daha bəyan edirəm ki, Azərbaycanın iqtisadi həyatı bazar iqtisaliyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə gedəcəkdir. Sərbəst iqtisadiyyatı, bazar iqtisadiyyatını təmin etmək üçün iqtisadi islahatlar aparılmalıdır və bundan sonra da aparılacaqdır.

Məlumdur ki, əhalinin əksər hissəsi ağır maddi şəraitdə yaşayır. Əhalini bu vəziyyətdən çıxarmaq ucun lazımi tədbirlər görulur və bundan sonra da göruləcokdir. Bu günlərlə fərmanlar elan olunacaqdır. Az maaş alanların əmək haqlarının artırılması, müəyyən imtiyazlar yaradılması, maliyyə sistemində baş vermiş inflyasiyanın qarşısının alınması və bir necə digər belə tədbirlər hazırlanıb. Güman edirəm ki, bu tədbirlər iqtisadi vəziyyəti bir qədər tarazlaşdıracaq və əhalinin maldi vəziyyətini, həyat tərzini də müəyyən qədər yüngülləşdirəcəkdir. Ancaq bunların hamısının dərhal nəticə verəcəyini deyə bilmərəm. Biz ağır proseslər icərisində yaşayırıq. Bu proseslərdən döğru yol tapmaq, düz getmək ucun həm çox düşünülmüş, həm də cəsarətli hərəkət etməliyik. Biz belə də hərəkət edəcəyik.

Həyatımızın çətinliyinin əsas səbəbi respublikamızın müharibə şəraitində olmasıdır. Azərbaycan torpaqları altı ildir ki, Ermənistan tərəfindən təcavüzə mərüz qalmışdır. Müharibə gedir. Torpaqlarımızın bir qismi işğal olunub. Həmin ərazilərimizdən bir milyondan artıq vətəndaşımız yerindən, yurdundan didərgin duşmüş və qaçqın vəziyyətində yaşayır. Bunlar hamısı həyatımızın reallığıdır, mövcud vəziyyətdir. Eyni zamanda bunlar hamısı həm iqtisadiyyat sahəsində, həm də dövlətciliyimizin möhkəmləndirilməsi sahəsində çətinliklər yaradır. Bu baxımdan mən Azərbaycanın müharibədən çıxması və xarici siyasəti haqqında fikirlərimi bir daha bildirmək istəyirəm.

Azərbaycan müstəqil dövlət kimi butun dövlətlərlə bərabər huqüqlu, qarşılıqlı surətdə faydalı əlaqələr saxlayır və bu əlaqələri inkişaf etdirir. Bildiyiniz kimi, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir çox dövlətlərlə diplomatik əlaqələr qürmüşdur. Sizə məlumdur ki, son vaxtlar Azərbaycan xarici siyasət sahəsində bir çox gərəkli, uğurlu adlımlar atmışdır. Dünyanın böyük dövlətləri ilə əlaqələrimiz daha da sıxlaşıb, daha da möhkəmlənib. Biz həm Birləşmiş Millətlər Təşkilatının tərkibində, həm ATƏM-in tərkibində, həm də Müstəqil Dövlətlər Birliyinin tərkibində fəaliyyət göstəririk, butun bu dövlətlərlə beynəlxalq təşkilatlar cərcivəsində fəaliyyət göstəririk. Dünya dövlətləri ilə qürulan ikitərəfli əlaqələr eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə komək edir. Bunların hamısı bir tərəfdən Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ikinci bir tərəfdən isə Azərbaycanı müharibə vəziyyətindən çıxarmaq məqsədi daşıyır. Baxmayaraq ki, torpaqlarımızın bir qismi işğal olunub, bir milyon əhali qaçqın duşub, işğal edilmiş torpaqlarda erməni silahlı qüvvələri Azərbaycan xalqının yaratdığı iqtisadi, mədəni potensialı dağıtmaqdadır - bunların hamısına baxmayaraq, biz yenə də sülhsevər siyasət yuruduruk. Biz butun dövlətlərlə sulhsevər siyasət əsasında əlaqə qüruruq.

Ermənistanla əlaqələrimizi də sulh əsasında qürub müharibəyə son qoymağa çalışırıq. Əsas şərt odur ki, Azərbaycanın ərazi butovluyu qorunmalı, sərhədlərinin toxunulmazlığı təmin olunmalı, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlarımızdan çıxmalı və onu tərk etməlidir. Didərgin duşmüş qaçqınların hamısı öz yerlərinə qayıtmalıdır. Biz bu prinsiplər əsasında beynəlxalq təşkilatlar cərcivəsində fəaliyyət göstəririk, böyük dövlətlərlə əlaqə saxlayırıq. O cumlədən, burada vasitəcilik fəaliyyəti göstərməyə çalışan Rusiya dövləti ilə də sıx əlaqə saxlayırıq. Ancaq məlum olmalıdır ki, bizim əsas prinsiplərimiz indicə dediyim prinsiplərdir. Müharibəyə son qoyulması, torpaqlarımızın geriyə qaytarılması, ərazi bütövlüyümüzun təmin olunması prinsipləri əsasında, sulh yolu ilə, danışıqlar yolu ilə irəliləmək istəyirik. Bizim məqsədimiz də, yolumuz da budur.

Beynəlxalq təşkilatlar və xususən ATƏM, onun tərkibində olan Minsk qrupu bizim bu hərəkət xəttimizi, siyasətimizi bəyənir və biz bu sahədə müştərək fəaliyyət göstəririk, bundan sonra da belə fəaliyyət göstərəcəyik. Ancaq bununla yanaşı, biz Azərbaycanın hərbi qüdrətini möhkəmləndiririk və möhkəmləndirməliyik, Azərbaycanın ordusu yaranmaqdadır.

Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir. Müstəqillik əldə olunandan sonra ordu qüruculuğunda təəssuf ki, çox böyük səhvlər buraxılmış, lazımi ordu yaradılmamış və bunlar da Ermənistanla müharibədə məğlubiyyətlərin əsas səbəbidir.

Bildiyiniz kimi, son vaxtlar ordu yaranır, güclənir. Son aylardakı döyuşlərdə erməni silahlı qüvvələrinin hücumları Azərbaycan Ordusunun qüvvələri tərəfindən çox qətiyyətlə dəf edilmiş, mövqelərimiz müdafiə olunmüşdur. Ordumüz Azərbaycan torpaqlarının müdafiəsi keşiyində indi də durur. Ordunun yaradılması və möhkəmləndirilməsi həm indi torpaqlarımızı müdafiə etmək ucun, həm də sulh yaranarsa, gələcəkdə Azərbaycanın ərazi butovluyunun qorunması ucun əsas şərtlərdən biridir və biz bunu təmin etməyə çalışırıq.

Beləliklə, Azərbaycan Respublikası müstəqil dövlət kimi qısa bir müddətdə - təxminən iki il yarımdır ki, Azərbaycan öz müstəqilliyini əldə edib - çox işlər görub. Eyni zamanda hələ istənilən səviyyəyə gəlib çatmayıb. Respublikamız ağır vəziyyətdədir. Mən bunu etiraf edirəm.

Bu ağır vəziyyətdən hamımız birlikdə çıxmalıyıq.

Bu ağır vəziyyətdən çıxmaq ucun 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının fəaliyyətində olmüş proseslərdən hamımız ibrət dərsi göturməliyik, hamımız.

Cunki o, bizim ucun çox əyani bir ibrət dərsidir və biz bunu mütləq etməliyik. Azərbaycan müstəqilliyini təmin etmək ucun gərək öz daxili imkanlarını möhkəmləndirsin. Gərək Azərbaycan xalqı daha da sıx birləşsin, Azərbaycan xalqının vətənpərvərlik hissi yuksəlsin. Vətənini müdafiə etmək, Vətən yolunda şəhid olmaq, Vətən naminə özunu fəda etmək duyğuları, hissləri indi butun Azərbaycanda hokm surməlidir.

Mən bu gün, bu bayram günü qeyd etmək istəyirəm ki, son illərdə, bu ağır dövrdə Azərbaycanın qəhrəman, cəsur цvladları torpaqlarımızı çox vaxt məharətlə müdafiə etmiş, düşmənə zərbələr vurmüşlar. Bu dövrdə Azərbaycan xalqı çoxlu şəhidlər vermişdir. Son günlərədək, atəş dayanana qədər hər gün qanlı döyuşlər gedirdi. Azərbaycan oğulları hər gün şəhid olurdu. Butun bunlar onu göstərir ki, Azərbaycan xalqının tarix boyu numayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yuksəlmişdir və daha da canlanacaqdır. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda özlərini qürban vermiş şəhidlərin xatirəsini bu bayram günündə bir dəqiqəlik sukutla yad etməyi xahiş edirəm. Allah butun şəhidlərə rəhmət etsin.

Bu bayram günündə butun Azərbaycan xalqı adından bəyan edirəm ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqlar. Onların qəhrəmanlığı, şəhidliyi Azərbaycan Ordusunun əsgərləri ucun, gənclərimiz ucun böyük ornək olacaqdır. Hər bir Azərbaycan əsgəri, hər bir Azərbaycan gənci torpaqlarımızı müdafiə etmək ucun şəhidlərin numünəsini daim göz onundə saxlayacaqdır.

Bildiyiniz kimi, mayın 10-dan atəş kəsilmişdir, sulh danışıqları gedir. Biz bu danışıqları respublikanın mənafeyini müdafiə etmək prinsipləri əsasında aparırıq və bundan sonra da aparacağıq. Ancaq eyni zamanda Azərbaycan xalqı, Azərbaycan ordusu torpaqlarımızı müdafiə etmək ucun həmişə sayıq olmalı, hazır olmalıdır. Biz müharibə istəmirik, heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı, müstəqil Azərbaycan dövlətini müdafiə edirik. Ona görə də apardığımız müharibə ancaq müdafiə xarakteri daşıyır və tam ədalətlidir. Belə ədalətli müharibəyə Azərbaycan xalqı, Azərbaycan Ordusu həmişə hazır olmalıdır.

Ordumüzda xidmət edən əsgər və zabitlərə bu gün bayram təbriki göndərirəm. İndi cəbhədə Azərbaycan torpaqlarının keşiyində duran ordumüzun əsgər və zabitlərini bu böyük bayram münasibətilə urəkdən təbrik edirəm.

Ordumüzla yanaşı, cəbhə boyunda ağır şəraitdə yaşayan vətəndaşlarımız da torpaqlarımızı müdafiə edirlər. Bu bayram günündə onları xususi təbrik edir, hamısına dözum, bir daha cəsarət və qəhrəmanlıq arzulayıram.

İşğal olunmüş torpaqlarımızdan didərgin duşmüş qaçqınlarımız, sizə üzümü tuturam. Sizin nə qədər ağır vəziyyətdə yaşadığınızı bilirik. Sizin yaşayışınız ucun əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Sizin dözumünüz, dəyanətiniz butun Azərbaycan xalqı ucun numünədir. Əziz həmvətənlər, bayram münasibətilə sizi təbrik edir və əmin olduğumü bildirmək istəyirəm ki, öz evinizə, obanıza qayıdacaq və döğma yurdunüzün sahibi olacaqsınız.

Bu bayram günündə şəhid ailələrinə üzümü tuturam. Onların dərd-qəmi butun xalqın dərdqəmidir, bizim dərd-qəmimizdir. Əziz həmvətənlər, bayram münasibətilə sizi təbrik edirəm. Biz sizinlə həmişə birik və bir olacağıq. Sizin şəhid olmüş цvladlarınız, qardaşlarınız, atalarınız Vətən yolunda, Azərbaycanın müstəqilliyi yolunda canlarından kecmişlər. Onlar özlərinə əbədi abidə qoymuşlar.

Azərbaycanın hüdudlarından kənarda da soydaşlarımız yaşayır. Üzaqda olsalar da, onların əksəriyyəti qəlbən bizimlə, ana Vətənlə, döğma torpaqladır, Azərbaycanladır. Vətəndən kənarda yaşayan butun soydaşlarımıza bu bayram günündə Azərbaycan Respublikası adından bayram salamı göndərir, onları təbrik edir və bundan sonra da vətənpərvərlik hissləri ilə yaşamalarını arzu edirəm.

Bir də qeyd etmək istəyirəm ki, Azərbaycanın bu ağır vəziyyətdən çıxması ucun çox iş görulməlidir. Bundan otru isə Azərbaycanın daxilində ictimai-siyasi sabitlik, butun qüvvələrin, butun təbəqələrin, butun vətəndaşların milli birliyi, həmrəyliyi lazımdır.

Güman edirəm ki, bu gün, bu bayramı qeyd edərkən, ilk Azərbaycan Demokratik Respublikasının yaranmasına və fəaliyyətinə hormət və ehtiramımızı bildirərkən bir daha və bir daha o dövru təhlil etməli, o dövrun nailiyyətlərindən istifadə etməli, bəhrələnməli, o zaman buraxılan səhvlərə yol verməməliyik. O dövrdə Azərbaycan Demokratik Respublikasını zəiflədən amillərin indi də mövcud olduğunu görərək, mütləq onları aradan qaldırmalıyıq.

Ona görə də bu bayram günündə butun Azərbaycan vətəndaşlarına üzümü tutaraq bir daha deyirəm: indi Azərbaycanın müstəqilliyi xalqımızın öz əlindədir. Bu gün bir daha bəyan etməliyik ki, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir və bu yolda hamımız ələlə verərək çalışmalıyıq.

Azərbaycanın müstəqilliyi, müstəqil dövlətimizin geniş fəaliyyəti torpaqlarımızın azad edilməsi ilə bağlıdır. Ona görə də qarşımızda duran əsas vəzifə Azərbaycanı erməni təcavüzündən xilas etmək, işğal olunmüş torpaqlarımızı geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etməkdir. Bu yolda hamı həmrəy, bir olmalı, butun ədavətlər bir kənara qoyulmalıdır, bu yolda hamımız Vətəni sıravi əskəri olmalıyıq. Hamını bu yola dəvət edir və ümidvar olmaq istədiyimi bildirirəm ki, Azərbaycanın butun vətənpərvər adamları məhz bu yolla gedəcəklər.

Əziz həmvətənlər, bu böyük bayram münasibətilə Sizi bir daha təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Umidvar olduğumü bildirmək istəyirəm ki, işıqlı gün uzaqda deyil, Azərbaycan bu qaranlıqdan, bu bəladan çıxacaq, xalqımız daha da ucalacaq və müstəqil

Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaqdır. Sağ olun.

Tarixi arayış