Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Trud" qəzetinin Baş redaktoru cənab Aleksandr Potapova təbriki - Bakı şəhəri, 15 fevral 2001-ci il


Hörmətli Aleksandr Serafimoviç!

Əlamətdar yubiley - "Trud" qəzetinin 80 illiyi münasibətilə Sizi və bütün həmkarlarınızı ürəkdən təbrik edirəm.

Qəzetiniz özünün bütün varlığı ərzində aktual və dərin məzmunlu yazıları ilə geniş oxucu auditoriyasının diqqət və marağını cəlb etmişdir. "Trud" qəzeti gerçəkliyi doğru-düzgün və hərtərəfli əks etdirmək prinsiplərinə bu gün də sadiq qalaraq, bütün postsovet məkanında layiqli nüfuza və şöhrətə malikdir.

Sizə və bütün kollektivinizə böyük yaradıcılıq uğurları, xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MEDİA