Vatikan dövlətinin başçısı Papa II İoann Pavel həzrətlərinə - Bakı şəhəri, 18 may 2000-ci il


Əlahəzrət!

80 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz yer üzündə sülhün və əmin – amanlığın, insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin bərqərar olunması məqsədlərinə fədakarcasına xidmət edirsiniz.

Sizə möhkəm cansağlığı, uzun ömür, nəcib amallar uğrunda yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


"Azərbaycan" qəzeti, 20 may  2000-ci il.