Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Uilyam C.Klintona - Bakı şəhəri, 4 oktyabr 1999-cu il


Hörmətli cənab prezident!

"Əsrin müqaviləsi"nin beşinci ildönümü münasibətilə səmimi təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarının birgə işlənilməsində Amerika şirkətlərinin iştirakına böyük əhəmiyyət verirəm. Enerji ehtiyatlarımızın hasil olunması və dünya bazarlarına çatdırılması işində Amerika Birləşmiş Ştatları hökumətinin, xüsusən də sizin səylərinizi yüksək qiymətləndirirəm.

Ümidvaram ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının istismarı və nəqlinə dair birgə layihələrimizin həyata keçirilməsi sahəsində əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Əminəm ki, strateji xarakter almış Azərbaycan-ABŞ əməkdaşlığı və tərəfdaşlığı regionumuzda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işinə sanballı töhfə verəcək, xalqlarımızın və ölkələrimizin mənafeləri naminə daim genişlənəсəк və inkişaf edəcəkdir.

Sizə və dost Amerika xalqına ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.