Nepalın kralı əlahəzrət Qyanendra Bir Bikram Şah Devə - Bakı şəhəri, 28 dekabr 2002-ci il


Əlahəzrət!

Nepalın milli bayramı - Kralın təvəllüd günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Nepal əlaqələrinin inkişaf etdirilməsi həmişə xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 28 dekabr 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya