Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan diplomatları ilə görüşdə söhbəti - Tehran, 10 dekabr 1997-ci il


V.İzzətov və B.Amreyev: Hörmətli cənab prezident, biz Qazaxıstan Respublikasının diplomatları, Sizi ürəkdən salamlayırıq və görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən şərəf duyduğumuzu bildiririk. Məhz Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycanın son illər Dünya Birliyində layiqli yer tutmasından məmnunluqla söhbət açırıq. Xarici ölkələrin Azərbaycan ilə qarşılıqlı surətdə faydalı əməkdaşlığa böyük maraq göstərdiyinin şahidi olduğumuzdan tam cəsarətlə söyləyirik və razılıqla bəhs edirik ki, prezidentlər Heydər Əliyevin və Nursultan Nazarbayevin diqqət və qayğısı sayəsində Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq ardıcıl surətdə, müvəffəqiyyətlə inkişaf edir.

Heydər Əliyev: Hörmətli Qazaxıstan diplomatları cənab İzzətov və cənab Amreyev, səmimi sözlərinizə görə minnətdarlıq edirəm və Sizinlə görüşümdən məmnun qaldığımı vurğulayıram. Sizə öz fəaliyyətinizdə uğurlar.