Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkmənistan Prezidenti zati-aliləri cənab Saparmurad Niyazova təbriki - Bakı şəhəri, 25 oktyabr 2001-ci il


Hörmətli Saparmurad Atayeviç!

Milli bayramınız - Türkmənistanın müstəqilliyinin elan olunmasının 10 illiyi münasibətilə Sizi və dost Türkmənistan xalqını ürəkdən təbrik edirəm.

Suveren, müstəqil dövlət quruculuğunda və onun möhkəmləndirilməsində, Dünya Birliyinə ardıcıl inteqrasiyada Türkmənistanın qazandığı uğurlara şadam. Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri regionda sülh və sabitlik naminə, ölkələrimizin, dövlətlərimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, dövlət fəaliyyətinizdə uğurlar, Türkmənistan xalqına isə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti