Fransa Respublikasının prezidenti zati-aliləri cənab Jak Şiraka - Bakı şəhəri, 26 iyul 2000-ci il


Hörmətli cənab prezident!

Paris şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 27 iyul 2000-ci il.

Tarixi arayış