Hörmətli cənab Prezident!
Suriya Ərəb Respublikasının milli bayramı münasibətilə Sizi və qardaş Suriya xalqını ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında təşəkkül tapmış münasibətləri yüksək qiymətləndirirəm. Ümidvaram ki, qarşılıqlı səylərimiz xalqlarımızın və ölkələrimizin rifahına mühüm töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.