Hörmətli cənab prezident!
Argentina Respublikasının milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında münasibətlər inkişaf etdikcə əməkdaşlığımız üçün yeni imkanlar yaranacaqdır.
Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə sabitlik və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 20 may 2003-cü il.