Macarıstan Respublikasinin Prezidenti Zati-aliləri cənab Ferents Madla - Bakı şəhəri, 4 avqust 2000-ci il


Hörmətli cənab Prezident!

Macarıstan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


"Azərbaycan" qəzeti, 5 avqust 2000-ci il.

Tarixi arayış