Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İspaniya Krallığının Baş naziri zati-aliləri cənab Xose Maria Asnara təbriki - Bakı şəhəri, 2 oktyabr 2001-ci il


Hörmətli cənab Baş nazir!

İspaniya Krallığının milli bayramı - İspan milləti günü münasibətilə Sizi və dost ispan xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, dövlətlərimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri bundan sonra daha da inkişaf edəcək və ölkələrimizin xalqlarının mənafeyinə, bütün dünyada sülhə və tərəqqiyə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, ölkənizə yüksəliş arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa