Əlahəzrət!
Küveyt dövlətinin milli bayramı münasibətilə Sizi və bütün Küveyt xalqını səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da uğurla davam edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
"Azərbaycan" qəzeti, 26 fevral 2002-ci il.