Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Süleyman Dəmirələ - Bakı şəhəri, 11 dekabr 1998-ci il


 Hörmətli cənab prezident!

Əziz qardaşım!

637 illik tarixi olan Qırkpınar yağlı güləşlərinin altun kəmərə layiq görülmüş ağası Hüseyn Şahinin Ankarada vəfat etməsi xəbəri məni dərindən kədərləndirmişdir. Atalarımızın qəhrəmanlıq idmanı olan yağlı güləşin türk dünyasında yayılmasına çalışmış, onun inkişafında böyük xidmətləri olmuş Ağa Hüseyn Şahinə Tanrıdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.