Tunis Respublikasının Prezidenti zati-aliləri cənab Zeynulabdin ben Əliyə - Bakı şəhəri, 18 mart 2002-ci il


Hörmətli cənab prezident!

Tunis Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Tunis xalqını təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Tunis Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 18 mart 2002-ci il.