Pakistan İslam Respublikasının baş naziri zati-aliləri cənab Mir Zəfərullah Xan Cəmaliyə - Bakı şəhəri, 29 noyabr 2002-ci il


Hörmətli cənab baş nazir!

Pakistan İslam Respublikasının baş naziri vəzifənizə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ölkəmizin dost Pakistan ilə münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, xalqlarımızın mənafeyinə uyğun olaraq, bütün sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 30 noyabr 2002-ci il.