Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kamerun Respublikasının Prezidenti zati-aliləri cənab Pol Biyyaya təbriki - Bakı şəhəri, 17 may 2001-ci il


Hörmətli cənab Prezident!

Kamerun Respublikasının milli bayramı - Respublika-nın elan edilməsi günü münasibətilə Sizi və dost Kamerun xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Kamerun Respublikası arasında təşəkkül tapan dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış