Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səmimi minnətdarlıq məktubu - 22 noyabr 1993-cü il


Azərbaycan Respublikasının Prezidenti seçilməyim münasibətilə ünvanıma xarici ölkələrin, təşkilatların rəhbərləri, Azərbaycan Respublikasında və xaricdə yaşayan vətəndaşlar tərəfindən çoxsaylı təbrik teleqramları daxil olmuşdur.

Məni təbrik edənlərə və ünvanıma xoş söz söyləyənlərin hamısına öz səmimi minnətdarlığımı bildirirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış