Amerika Birləşmiş Ştatlarının prezidenti zati-aliləri cənab Bill Klintona - Bakı şəhəri, 16 oktyabr 2000-ci il


Hörmətli cənab prezident!

Ədən limanında hərbi gəmidə baş vermiş partlayış nəticəsində insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 17 oktyabr 2000-ci il.