Yaponiyanın baş naziri zati-aliləri cənab Dzünitiro Koidzumiyə - Bakı şəhəri, 7 dekabr 2002-ci il


Hörmətli cənab baş nazir!

Yaponiyanın milli bayramı - İmperatorun təvəllüd günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında əməkdaşlığın əhatə dairəsinin gündən-günə genişlənməsindən məmnunam. Əminəm ki, birgə həyata keçirdiyimiz layihələrin, gördüyümüz işlərin xalqlarımız üçün böyük faydası olacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 22 dekabr 2002-ci il.

Tarixi arayış

Azərbaycan - Asiya