22 iyul-Milli Mətbuat Günü münasibətilə təbrik - 21 iyul 1996-cı il


Müstəqil Azərbaycanın Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri ürəkdən təbrik edirəm.

Xalqımızın milli mənəvi dəyərlərini, adət-ənənələrini, istək və arzularını, keşməkeşli həyatının bütün sahələrini daim öz səhifələrində əks etdirən və əsası Həsənbəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanın milli mətbuatı cox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın gorkəmli mütəfəkkirləri, publisistləri, jurnalistləri, yazıçıları və satirikləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər.

Bu gün Azərbaycanda dünyanın ən qabaqcıl ölkələrinin əldə etdiyi nailiyyətlərlə rəqabət apara bilən coxşaxəli mətbuat və informasiya sistemi yaradılmış, bütün respublika ərazisini əhatə edən ən müasir teleradio, kütləvi informasiya şəbəkələri, milli jurnalistika elmi inkişaf etmişdir.

Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil

Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda hazırda müxtəlif ictimai-siyasi qurumlara, təşkilatlara, birliklərə, ayrı-ayrı şəxslərə məxsus iyirmi dörd adda teleradio şirkətləri, beş yüzdən çox qəzet və jurnal, iyirmidən yuxarı beynəlxalq, regional və respublika qurumlarını təmsil edən informasiya agentlikləri və s. orqanlar azad surətdə fəaliyyət gostərir.

Hormətli mətbuat işçiləri!

Sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, onların geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış